Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu sənədi təqdim etməyən əcnəbilər Azərbaycana buraxılmayacaq

03.05.2021 17:12 942
Bu sənədi təqdim etməyən əcnəbilər Azərbaycana buraxılmayacaq
“Özünütəcrid barədə bəyannamə”ni təqdim etməyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aviadaşıyıcının hesabına həmin reyslə geri qaytarılacaqlar.

Bu, Nazirlər Kabinetinin 1 may tarixli “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”da dəyişiklik edilməsi barədə” qərara verdiyi izahda əksini tapıb.

Qeyd olunub ki, Azərbaycan Respublikasına uçuşlar icra edən bütün aviadaşıyıcılar hava gəmisində bütün sərnişinlərə “Özünütəcrid barədə bəyannamə”nin paylanmasını təmin ediləcək və Azərbaycana gəldikdən sonra pasport nəzarətindən keçərkən həmin Bəyannamənin doldurulmasının və təqdim edilməsinin zəruriliyi barədə məlumat verəcəklər.

Sərhəd nəzarətindən keçərkən həmin Bəyannaməni təqdim etməyən Azərbaycan vətəndaşları iki həftə müddətinə karantinə alınacaq, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə ölkə ərazisinə buraxılmayacaq və aviadaşıyıcının hesabına həmin reyslə geri qaytarılacaq.скачать dle 11.3
Mojo.az Banner