Mojo.az Banner
22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |     18:14 Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı  |     18:11 Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var - Foto  |     16:14 Pensiya kapitallarında dəyişikliklə bağlı - Rəsmi açıqlama  |     16:00 Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib  |     15:59 Ermənistanda hərbçi güllələnərək öldürülüb  |     15:53 Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəldi  |     15:50 Bu ərazidə yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO  |     14:25 Masazırda 4 maşın yandı  |     14:13 Bəzi rayonlara qar yağıb - FAKTİKİ HAVA  |    
Mojo.az Avto
Mojo.az Avto

Sahibkarların NƏZƏRİNƏ: Ağacları sığortalamaq mümkün olacaq

01.05.2021 16:10 1 935
Sahibkarların NƏZƏRİNƏ: Ağacları sığortalamaq mümkün olacaq
Azərbaycanda tətbiq edilən aqrar sığorta mexanizmi çərçivəsində meyvə bağlarında məhsullarla yanaşı, meyvə ağaclarını və kolların özünü ayrıca sığortalamaq mümkündür.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata əsasən, hadisə baş verən zaman fermerə ağacın üç illik məhsulunun qiyməti həcmində ödəniş edilir.

Aqrar sığorta qaydalarına görə, ağac və kolların sığortalanması üçün iki zərf nəzərdə tutulub. Birinci zərfə dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına, üçüncü şəxslərin hərəkətləri kimi risklər aiddir və bu zərf üzrə sığorta tarifi 0,5 faiz təşkil edir. İkinci zərfə isə bitki xəstəlikləri və zərərvericilər, xüsusi təhlükəli ziyanvericilərin yayılması riskləri aiddir və bu zərfdə sığorta tarifi 2 faiz təşkil edir.

Qeyd edilib ki, ağac və kolların sığortalanması zamanı sığorta məbləği hesablananda ağacın məhsuldarlığı (kiloqramla) və məhsulun qiyməti nəzərə alınır.

Əlavə məlumatı Kənd Təsərrüfatı Nazirliyinin rəsmi saytından əldə edə bilərsiniz.

скачать dle 11.3
Mojo.az Banner