11:27 24 yaşlı qazi vəfat etdi  |     11:21 Normalar dəyişdi - Bu qurumlar üçün ödənilən məbləğin artacaq  |     11:07 Metro ilə gedib-gələn tələbələrə ŞAD XƏBƏR  |     23:01 "Reuters": Şəkərin qiyməti son illərin ən aşağı səviyyəsinə enib  |     22:46 Gəncədə tələbələr dəm qazından zəhərləndilər  |     22:37 Axşam bu cihazı mütləq cərəyandan ayırın: nə televizor, nə də telefon adapteridir  |     22:15 Dünyaşöhrətli boksçu Pakyaoya vəzifə verildi  |     22:09 Roma Papası Türkiyəyə səfər edəcək  |     22:08 “Bəzi peşələr yoxa çıxacaq” - “ChatGPT”nin yaradıcısı  |     22:00 Göygöldə fermadan heyvanların oğurlanması ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB  |     21:57 Oktyabrın sonunda yalnız bir bürcü UĞUR GÖZLƏYİR  |     21:52 İsraildə son iki ildə ilk dəfə fövqəladə vəziyyət ləğv edildi  |     21:48 COVID-19 qayıdır: Türkiyədə "Frankenşteyn" variantı aşkarlandı  |     21:30 Bu dərmanlar pulsuz veriləcək  |     21:20 “Zəfər” şahmat turniri keçirildi - Fotolar  |     21:03 "Xanımıma o qədər əziyyət vermişəm ki..."  |     20:48 Bakıda “Molotov kokteyli” ilə terror hazırlayarkən tutulan İŞİD üzvünə - Hökm oxundu  |     20:20 Naxçıvanda yük maşını ilə minik avtomobili toqquşub, ölən var  |     20:13 Mehdiyev dövləti bu 50 nəfərlə "idarə edəcəkmiş" - ŞOK SİYAHI  |     20:07 Süni İntellekt üzrə Milli Mərkəz yaradırlar  |    

Özbaşına zəbt olunan torpaqlarla bağlı dövlət xidməti tərəfindən tədbirlər görülür

Ölkə ərazisində torpaqlardan qanunvericiliyə zidd istifadə halları ilə bağlı monitorinqlər və torpaq reydləri keçirilir.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən verilən məlumata əsasən, cari ilin ilk rübü ərzində torpaq müfəttişləri tərəfindən torpaq qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı 607 hal aşkar edilib, 354 inzibati protokol tərtib edilib.

Aparılan monitorinqlərin nəticəsinə görə, ən çox torpaq qanunvericiliyinin tələblərinin pozulması halları 191 fakt olmaqla Bakı şəhərinin payına düşüb.

Bu sahədə qanunazidd hadisələrin xarakteri və məqsədləri ayrı-ayrı regionlar üzrə bir-birindən fərqlənir. Kənd təsərrüfatı təyinatlı torpaqlarda əsasən yaşayış məqsədli tikinti işlərinin aparılması kimi pozuntular daha çox Abşeron rayonundadır.

Abşeron rayonunun bir neçə qəsəbəsində vətəndaşların mülkiyyətinə verilmiş pay (əkin) torpaqlarında təyinatına zidd olaraq fərdi yaşayış evlərinin inşası aparılıb.

Bakının Xəzər və Binəqədi rayonlarında kənar şəxslər tərəfindən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaq sahələrində fərdi yaşayış evlərinin tikilməsi halları aşkar olunub. Tikinti məqsədilə ayrılmayan torpaq sahələrində aparılan qanunsuz tikinti işlərinin qarşısının alınması üçün aidiyyəti dövlət qurumları ilə birgə işlər görülüb.

Problemli məsələlərdən biri də kommunikasiya xətlərinin (yüksək gərginlikli elektrik xətləri, avtomobil və dəmir yolları, magistral neft, qaz, su boru kəmərləri və s.) mühafizə zolağına aid torpaqların zəbt edilərək orada yaşayış evlərinin, sahibkarlıq və digər təyinatlı obyektlərin tikintisidir. Paytaxtın Sabunçu, Suraxanı və Xəzər rayonlarında belə hallar müşahidə edilib.

Qeydə alınan pozuntu hallarının qarşısının alınması ilə əlaqədar aşkar edilmiş faktlar aktlaşdırılıb, bu barədə aidiyyəti üzrə müvafiq qurumlara və hüquq-mühafizə orqanlarına məlumat verilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 179 30.04.21 17:56