Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:58 Mingəçevirdə qonşular arasında mübahisə qanla bitdi | 22:50 Köçkünlər üçün bəzi güzəştlər yenidən tənzimlənəcək | 22:43 Londonda avtomobilləri əridən göydələnin sirri - Səbəb memarlıq səhvi imiş | 22:32 Məzuniyyətini hissə-hissə götürənlər əlavə pul alacaq | 22:26 Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər | 22:19 Bakıda klinikanın qarşısında ağır qəza - Hadisənin anbaan görüntüsü | 22:09 Rusiyada ağır qəzada həlak olan azərbaycanlılar dəfn olundular | 21:56 Bakıda kollecdə qanlı hadisəyə qız səbəb olubmuş: Şahidlər danışdılar - Video | 21:50 Paraqvay prezidenti istefa verib | 21:45 Sahibə Qafarova Qazaxıstana səfər edib | 21:28 İş axtaranlara şad xəbər: 82 yeni vakansiya | 21:02 Nepalda Azərbaycan və Kanadada işə düzəltmək adı ilə dələduzluq: İki nəfər saxlanıldı | 20:45 Bu vəzifələrdə çalışanların maaşı 3600 manat oldu | 20:40 Sabah bir rayonda qaz olmayacaq | 20:16 Bəşir Süleymanlıya 9 il həbs cəzası istənildi | 20:15 Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib | 20:10 Sertifikasiyada bal artdıqca maaş əlavəsi də artırılmalıdır – TƏKLİF | 17:44 Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək | 17:36 Ər-arvad dalaşdılar, oğul anasının üstünə benzin töküb yandırdı | 17:33 Türkiyədən Azərbaycana tibbi təyinatlı malların gətirilməsinin qarşısı alınıb |
Mojo.az Avto
Mojo.az Avto

AFFA hakimlə bağlı araşdırmaya başlayır - Rəsmi

26.04.2021 19:23 2 118
AFFA hakimlə bağlı araşdırmaya başlayır - Rəsmi
Azərbaycan Premyer Liqasının 24-cü turunda ötən gün keçirilən qalmaqallı "Sabah" - "Neftçi" oyununun baş hakimi Vüqar Həsənli cəzalandırıla bilər.

Median.Az
qol.az-a istinadən xəbər verir ki, hazırda bununla bağlı araşdırma aparılır.

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev 1ol.az-a açıqlamasında məlumatı təsdiqləyib. Vüqar Həsənli və köməkçilərinin işi təhlil olunduqdan sonra bununla bağlı qərar veriləcək.

Məsələ ilə əlaqədar AFFA-nın mətbuat xidməti sosial şəbəkələri vasitəsi ilə açıqlama yayıb. Açıqlamada deyiir: "Azərbaycan Premyer Liqasının XXIV turu çərçivəsində aprelin 25-də keçirilmiş "Sabah" - "Neftçi" oyununun hakim-inspektoru tərəfindən təqdim olunacaq hesabata əsasən (hər oyundan sonra həyata keçirilən prosedura uyğun olaraq) qarşılaşmanın hakimlər briqadasının idarəçiliyi ilə əlaqədar AFFA-nın Hakimlər Komitəsi tərəfindən müvafiq araşdırma aparılacaq".

Xatırladaq ki, 2:2 hesabı ilə başa çatan görüşdə baş hakim "Sabah"ın 3 futbolçusuna qırmızı vərəqə göstərib. "Sabah"ın qapısına mübahisəli penalti təyin edən Vüqar Həsənli görüşün sonlarına yaxın qonaqların qolunu saymayıb. Oyundan sonra hər iki komanda hakim idarəçiliyindən narazı qaldığını açıqlayıb.

Son xəbərlər