Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanla Türkiyə arasında pul köçürmələri daha sərfəli olacaq

21.04.2021 15:52 966
Azərbaycanla Türkiyə arasında pul köçürmələri daha sərfəli olacaq
 “Azərpoçt” MMC “UPT” pul köçürmələri sisteminin Azərbaycanda yeni tərəfdaşı oldu

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC “UPT” pul köçürmələri sisteminin Azərbaycanda yeni tərəfdaşı oldu.

“Azərpoçt”dan verilən məlumata görə, UPT Türkiyənin beynəlxalq pul köçürmələri və ödəniş platformasıdır.

“Ödəniş transferi sistemi üzrə əməkdaşlıq” müqaviləsinə əsasən, “Azərpoçt” və Türkiyə Dövlət Poçt və Teleqraf Təşkilatı daha sərfəli tariflərlə xidmət göstərməyə başlayır. Müqavilə çərçivəsində “Azərpoçt” və PTT, “Aktif Bank” tərəfindən təqdim olunan “Ödəniş ötürmə sistemi”ndən istifadə etmək barədə razılığa gəlib.

Azərbaycan və Türkiyə arasında sürətli pul köçürmələri hər il dinamik şəkildə artır. Aprel ayından etibarən vətəndaşlar hesab açmadan “Azərpoçt”un 1500-ə, PTT-nin isə 5000-ə yaxın poçt məntəqəsində daha aşağı tariflərlə etibarlı pul köçürmə əməliyyatını həyata keçirə bilirlər.

“Azərpoçt” və “PTT” poçt-maliyyə sahəsində uzun illərdir uğurlu əməkdaşlıq edir. İcrasına başlanılan yeni layihə bu əməkdaşlığın daha da inkişaf etməsinə geniş zəmin yaradır.скачать dle 11.3
Mojo.az Banner