Bərdədə həkim səhlənkarlığı ilə bağlı fakt araşdırılır - RƏSMİ
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, Orxan Talıbovun müraciəti üzrə hazırda Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır, zəruri izahatların alınması təmin edilir.
Həmçinin müraciət müəllifi Orxan Talıbovun ayağının əməliyyatı zamanı hər-hansı tibbi personalın səhvinin olub-olmamasını müəyyən etmək məqsədilə komisyon məhkəmə-tibb ekspertizası təyin edilib.
“Ekspertizanın rəyinə və digər toplanan sübutlara əsasən cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq material üzrə qanuni qərarın qəbul edilməsi təmin ediləcək”, - mətbuat xidmətindən bildirilib.