Mojo.az Banner
20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |     17:58 Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi  |     17:48 Bakıda və rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq  |     17:24 Hicaba görə məktəbə getməyən uşağın valideyni 100 manat cərimələnə bilər – AÇIQLAMA  |     15:32 Bu gün Bakıda Azərbaycan-Kamboca biznes forumu keçirilir  |     15:30 Ermənistan İK Azərbaycan hərbçisi ilə bağlı insidentdə yaralanan qadın zərərçəkmiş qismində tanıdı - Foto  |     15:28 Azərbaycanda pensiya ödənişləri 10 faiz artıb  |     15:24 Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto  |     13:03 Vahid məktəbli forması uşaqların da xoşuna gəlir – Deputat  |     12:59 Hökmü gözlənilən 74 yaşlı qadın axtarışa verildi  |     12:44 Zaqatalada 14 yaşlı qız faciəli şəkildə öldü  |     12:35 Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

“YAŞAT”: Şəhid övladlarına ödənişsiz təhsil imkanı yaradılacaq

20.04.2021 11:17 1 008
“YAŞAT”: Şəhid övladlarına ödənişsiz təhsil imkanı yaradılacaq
“YAŞAT” Fondu tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar şəhid olmuş şəxslərin övladlarının yüksək səviyyəli təhsil imkanlarından yararlanmasına dəstək verilir.

Fondan verilən məlumata görə, dəstək proqramı çərçivəsində əməkdaşlıq yaradılmış özəl məktəblərdə şəhid övladlarına ödənişsiz təhsil imkanı yaradılacaq. Müraciət edənlər arasında seçim müvafiq məktəb tərəfindən təşkil edilən imtahan əsasında aparılacaq.

“YAŞAT” Fondu ilə əməkdaşlıq çərçivəsində Evrika Liseyində Bakı şəhəri, Nərimanov rayonu ərazisindən olan üç şəhid övladı üçün 100 % nisbətində güzəşt tətbiq edilir.

Müraciətlər 8110 Çağrı mərkəzi vasitəsilə bazar ertəsi - cümə günləri saat 09:00-dan 18:00-dək qəbul edilir.

Qeyd: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar iki nəfər əlilliyi müəyyən olunmuş hərbi qulluqçunun övladı üçün təhsil mərkəzi tərəfindən 50 % güzəşt tətbiq ediləcək. Vəsaitin qalan hissəsi isə şəxsin özü tərəfindən qarşılanacaq.

Son müraciət tarixi: 03.05.2021

Qəbul imtahanı may ayının ikinci həftəsində keçiriləcək.скачать dle 11.3
Mojo.az Banner