Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan güləşçisi Ermənistan idmançısına Avropa çempionatında qalib gəldi - YENİLƏNİB

19.04.2021 14:27 1 401
Azərbaycan güləşçisi Ermənistan idmançısına Avropa çempionatında qalib gəldi - YENİLƏNİB
Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı Azərbaycan idmançıları üçün uğurlu başlayıb.

II Qarabağ müharibəsi zamanı cəbhədə olmuş Əfqan Xaşalov yunan rəqibinə 10:0 qalib gəlib.

Əli Rəhimzadə Qevorq Tadevosyanı 2:1 məğlub edib. Rəşaf Yusifli polşalı rəqibini 9:0 məğlubiyyətə uğradıb. Şamil Zubairovun rusiyalı rəqibi xalçaya gəlmədiyi üçün ona qələbə verilib.

* * * * *

Bu gün Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı start götürəcək.


Qitə birinciliyinin ilk günündə Azərbaycanın beş idmançısı mübarizə aparacaq.

57 kq
1/8 final: Əfqan Xaşalov – Yannis Martidis (Yunanıstan)

65 kq
1/8 final: Əli Rəhimzadə – Qevorq Tadevosyan (Ermənistan)

70 kq
1/8 final: Turan Bayramov – Nikolae Kojokaru (Böyük Britaniya)

79 kq
1/16 final: Rəşad Yusifli – Andrey Sokalski (Polşa)

97 kq
1/8 final: Şamil Zubairov – Albert Saritov (Rumıniya)

Son xəbərlər