Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:54 Bakıda polkovnik avtomobili ilə qadını vurub öldürdü | 12:53 Maliyyə Nazirliyinin səlahiyyətləri artırıldı | 12:51 Azərbaycanda tanınmış xanəndənin əri həbs olundu | 12:50 Kənd təsərrüfatında uçot qaydaları dəyişdi: Təkrar əkinlər də ayrıca hesablanacaq | 12:48 Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq | 12:41 İşləməyə ehtiyacı olmayan şəxslər qeydiyyata alınacaqlar | 12:40 Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi | 12:39 İnəkdən sağılan və balalarına içirdilən süd də uçota alınacaq - Yeni qərar | 12:38 Azərbaycanda mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq | 12:35 Beynəlxalq axtarışda olan şəxs Almaniyada tutularaq Azərbaycana gətirildi | 12:33 Alyona Əliyeva uşaq evindən paylaşım etdi: "Birlikdə sevinc dolu, unudulmaz anlar yaşadıq" - FOTO | 12:32 Leyla Əliyeva uşaq evini ziyarət edib - FOTO | 12:27 Bakıda bəzi obyektlər söküləcək - Video | 12:08 Sürücülük vəsiqələri ilə bağlı yeni güzəşt: Kimlər rüsum ödəməyəcəklər? | 12:02 Bakıda cəzaçəkmə müəssisəsində dava: Məhbusa vintaçanla xəsarət yetirildi | 11:58 "Omid" Mağazalar Şəbəkəsinin rəhbəri həbs edildi - Foto | 11:56 Şəmkirdə "Mercedes" aşdı: Yaralılar var | 22:58 Mingəçevirdə qonşular arasında mübahisə qanla bitdi | 22:50 Köçkünlər üçün bəzi güzəştlər yenidən tənzimlənəcək | 22:43 Londonda avtomobilləri əridən göydələnin sirri - Səbəb memarlıq səhvi imiş |
Mojo.az Avto
Mojo.az Avto

Hansı ölkələrdən Azərbaycana sərmayə daxil olur?

17.04.2021 18:14 1 413
Hansı ölkələrdən Azərbaycana sərmayə daxil olur?
2021-ci ilin birinci rübündə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2 milyard 365,2 milyon manat vəsait yönəldilib.

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, bu rəqəm 2020-ci ilin eyni dövrü ilə müqayisədə 19,4 faiz azdır.

Bu dövrdə ölkəmizdə neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 6,2 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 32,2 faiz azalıb.

Ümumi sərmayənin 1 milyard 761,8 milyon manatı (74,5 faizi) məhsul istehsalı sahələrinin, 398,2 milyon manatı (16,8 faizi) xidmət sahələrinin, 205,2 milyon manatı (8,7 faizi) isə yaşayış evlərinin tikintisinə yönəldilib.

Bu vəsaitin 26 faizi dövlət, 74 faizi qeyri-dövlət sektoru tərəfindən təmin olunub. Sərmayə qoyuluşunun 74,8 faizi tikinti-quraşdırma işlərinə sərf edilib. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 52,1 faizini təşkil edib.

Bu investisiyaların böyük bir qismi - 1 milyard 597 milyon manat müəssisə və təşkilatların vəsaitləri hesabına formalaşıb. Həmçinin investisiyaların digər qismini - 251 milyon manatı büdcə vəsaitləri, 210,4 milyon manatı bank kreditləri, 191,3 milyon manatı əhalinin şəxsi vəsaitləri, 115,5 milyon manatı sair vəsaitləri təşkil edib.

Əsas kapitala yönəlmiş ümumi vəsaitin böyük qismi - 65,9 faizi sənaye, 15,9 faizi tikinti, 8,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,5 faizi peşə, elmi və texniki fəaliyyətə sərf edilib.

Əlavə edək ki, neft-qaz sektoruna 1 milyard 355,7 milyon manatlıq vəsait yönəldilib. Qeyri neft-qaz sektorunun inkişafına sərf edilmiş 1 milyard 9,5 milyon manatlıq vəsaitin 202,2 milyon manatı qeyri neft-qaz sənayesi sektorunda istifadə edilib.

Eləcə də, xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 1 milyard 133,3 milyon manat vəsait yönəldilib. Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən ölkəyə yönəldilən investisiya vəsaitinin 1 milyard 11,7 milyon manatı (89,3 faizi) Birləşmiş Krallıq, ABŞ, Türkiyə, Yaponiya, Virgin adaları, Norveç, Fransa və Malayziya sərmayədarlarına məxsus olub.

Son xəbərlər