Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

DİN-dən Kürdəmirdə qarşısı alınan qalmaqallı toyla bağlı AÇIQLAMA - VİDEO

17.04.2021 14:12 1 089
DİN-dən Kürdəmirdə qarşısı alınan qalmaqallı toyla bağlı AÇIQLAMA - VİDEO
Daxili İşlər Nazirliyi Kürdəmirdə karantin qaydalarını pozaraq keçirilən toy mərasiminin qarşısı alınarkən polislə vətəndaşlar arasında yaşanan xoşagəlməz hadisə barədə açıqlama verib.

Belə ki, Oxu.Az-a açıqlama verən DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, övladına toy etməyi hər bir vətəndaşımıza arzu edirik, lakin pandemiya dövründə, ölümcül virusun geniş yayıldığı zamanda belə kütləvi tədbirlərin keçirilməsi vətəndaşların sağlamlığı baxımından həm təhlükəli, həm də yolverilməzdir:

“Lakin, təəssüflər olsun ki, toy, yas, ad günləri və digər belə kütləvi tədbirlər keçirməyə cəhd hallarına rast gəlirik. Sözsüz ki, xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları tərəfindən belə cəhdlərin qarşısı alınır.

Aprelin 10-da Kürdəmir rayonunun Ərşəli kəndində toy mərasiminin keçiriləcəyi barədə polisə məlumat daxil olub və ərazidə xidmətdə olan bir neçə əməkdaş ünvana gedərək toyun keçirilməsinin yolverilməz olduğu barədə toy sahibinə xəbərdarlıq edilib.

Lakin çox təəssüflər olsun ki, orada olan bir neçə qadın polis əməkdaşlarına qarşı aqressiv davranaraq Azərbaycan xanımına yaraşmayan hərəkətlərə və ifadələrə yol verib. Buna baxmayaraq onlarla profilaktik və izahedici söhbətlər aparılıb, tədbirin keçirilməsinin qarşısı alınıb”.скачать dle 11.3
Mojo.az Banner