Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Açıq havada maska taxmaq ləğv olunur? - VACİB AÇIQLAMA

16.04.2021 13:21 1 068
Açıq havada maska taxmaq ləğv olunur? - VACİB AÇIQLAMA
Son günlər koronavirusun yayılması ilə bağlı rəqəmlər artan xətt üzrə inkişaf edir. Buna baxmayaraq, açıq havada tibbi maska taxmaqdan imtina etmək istəyənlərin də sayı çoxdur. Sosial şəbəkələrdə "Nəfəs alaq" həştəqi ilə kampaniya da başladılıb.

Median.Az redaktor.az-a istinadən xəbər verir ki, tibbi ekspert, professor Adil Qeybulla bildirib ki, insanların kafe, restoranlarda 4-5 saat oturması fonunda açıq havada tibbi maska taxmaq artıqdır:

“İnsanların etirazlarını başa düşmək olar, digər tərəfdən isə pandemiya dövründə karantin qaydaları var, bütün dünya buna riayət edir. Dünyanın mötəbər mərkəzləri bunu təyin edir ki, necə davranmaq lazımdır. Bu davranışlar bizim iradəmizdən asılı deyil. Bu, bizim istəklərimiz ilə həll olunacaq bir məsələ deyil. Hesab edirəm ki, insanlar anlayışla yanaşmalıdırlar və pandemiyanın qanunları çərçivəsində hərəkət etməlidirlər”.

Ekspert bildirib ki, sıx təmaslar mövzusuna gəldikdə isə, biz çalışmalıyıq ki, bu kimi təmaslardan qaçaq:

“İnsanların çox olduqları yerlərdə məsafə saxlamaq, maska taxmaq ciddi şərtdir. Uşaqları da qorumalıyıq, məhz bu sıxlıqlara görə məktəblər bağlanıb. İnsanlar arasında ara məsafəsinin az olması xəstəlik üçün potensialdır”.скачать dle 11.3
Mojo.az Banner