23:01 "Reuters": Şəkərin qiyməti son illərin ən aşağı səviyyəsinə enib  |     22:46 Gəncədə tələbələr dəm qazından zəhərləndilər  |     22:37 Axşam bu cihazı mütləq cərəyandan ayırın: nə televizor, nə də telefon adapteridir  |     22:15 Dünyaşöhrətli boksçu Pakyaoya vəzifə verildi  |     22:09 Roma Papası Türkiyəyə səfər edəcək  |     22:08 “Bəzi peşələr yoxa çıxacaq” - “ChatGPT”nin yaradıcısı  |     22:00 Göygöldə fermadan heyvanların oğurlanması ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB  |     21:57 Oktyabrın sonunda yalnız bir bürcü UĞUR GÖZLƏYİR  |     21:52 İsraildə son iki ildə ilk dəfə fövqəladə vəziyyət ləğv edildi  |     21:48 COVID-19 qayıdır: Türkiyədə "Frankenşteyn" variantı aşkarlandı  |     21:30 Bu dərmanlar pulsuz veriləcək  |     21:20 “Zəfər” şahmat turniri keçirildi - Fotolar  |     21:03 "Xanımıma o qədər əziyyət vermişəm ki..."  |     20:48 Bakıda “Molotov kokteyli” ilə terror hazırlayarkən tutulan İŞİD üzvünə - Hökm oxundu  |     20:20 Naxçıvanda yük maşını ilə minik avtomobili toqquşub, ölən var  |     20:13 Mehdiyev dövləti bu 50 nəfərlə "idarə edəcəkmiş" - ŞOK SİYAHI  |     20:07 Süni İntellekt üzrə Milli Mərkəz yaradırlar  |     19:50 Rəşad Dağlı əməliyyat olundu  |     19:46 Binadan yıxılıb ölən Kəmalənin - Fotosu  |     19:30 Səxavət Məmmədov kimdir? - Ölümünü yuxusunda görən sənətkar  |    

Azərbaycan bu ölkələrdən quş əti idxalını dayandırdı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.

AQTA-dan verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Almaniya Federativ Respublikasının Berlin şəhərində, Çexiya Respublikasının Kraloveqradetsk, Moraviya–Sileziya, Ustetsk, Zlin, İsveç Krallığının Vestmanland, Sordermanland, Halland inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Almaniya Federativ Respublikasının Berlin şəhərindən, Çexiya Respublikasının Kraloveqradetsk, Moraviya–Sileziya, Ustetsk, Zlin, İsveç Krallığının Vestmanland, Sordermanland, Halland inzibati ərazi vahidlərindən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Almaniya Federativ Respublikasından, Çexiya Respublikasından və İsveç Krallığından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            600 16.04.21 13:14