Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Qəlyana görə altı nəfər cərimələndi

16.04.2021 12:54 915
Qəlyana görə altı nəfər cərimələndi
İmişli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, İmişli RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində rayon ərazisində sanitar-epidemioloji normaları pozaraq müştərilərə qəlyan təklif edən çay evi aşkar edilib.

Polis əməkdaşları tərəfindən qanun pozuntusunun qarşısı alınıb, altı nəfər barəsində inzibati qaydada protokol tərtib edilib.

Son xəbərlər