Mojo.az Banner
23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Aleksandr Samarski: “ATƏT-ə xüsusi ümid bəsləməyə dəyməz”

15.04.2021 19:19 975
Aleksandr Samarski: “ATƏT-ə xüsusi ümid bəsləməyə dəyməz”
Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupu yenidən fəallaşıb. Bir neçə gün öncə həmsədrlər bəyanatla çıxış ediblər.

Lakin Caliber.Az-ın müsahibi, tanınmış ukraynalı diplomat, Kiyevdəki Rusiya Araşdırma Mərkəzinin sədr müavini, Ukraynanın İrandakı keçmiş səfiri (2010-2014) və Qarabağdakı ATƏT missiyasının Ukrayna üzrə nümayəndəsi (1997-1998, 2004-2006) olmuş Aleksandr Samarski hesab edir ki, hazırki şəraitdə ATƏT-ə xüsusi ümid bəsləməyə dəyməz.

“Minsk Qrupunun hazırki fəaliyyətində müəyyən ziddiyyətlər, hətta absurd səviyyəsində olan məqamlar var. Ancaq bu heç də təəccüblü deyil. Hər şeydən əvvəl, ATƏT-in Minsk Qrupu öz mandatı çərçivəsində hərəkət etmək məcburiyyətindədir, yəni ona həvalə edilmiş olduqca aydın və dəqiq vəzifələr var. Halbuki mandat təxminən 30 il əvvəl, 1995-ci ildə təsdiqlənib. Bu müddət ərzində vəziyyət ciddi şəkildə, hətta mən deyərdim ki, kökündən dəyişib.

ATƏT-in Minsk Qrupuna həvalə olunmuş ən çətin vəzifələr artıq yerinə yetirilib. Bunun ATƏT-in səyləri sayəsində və ya onun iştirakı olmadan baş verməsinin heç bir əhəmiyyəti yoxdur. Ancaq mandat dəyişməz olaraq qalıb. Ona görə də aydındır ki, həmsədrlərin indiki fəaliyyəti yeni reallıqları prinsipcə əks etdirə bilməz. Bununla yanaşı, ötən müddət ərzində ATƏT-in Minsk Qrupunun rəhbərliyinin dəyişməz olaraq qalması və onların köhnə mandat çərçivəsində fəaliyyət göstərməyə alışmasını da qeyd etmək lazımdır”, - deyə diplomat bildirib.

Onun sözlərinə görə, həmsədrlər institutunun fəaliyyətində irəliləyişlərə nail olmaq üçün onun tərkibinin yenilənməsinə ehtiyac var.

“ATƏT-in Minsk Qrupunun işində daha çox effektivliyə nail olmaq istəyirsinizsə, onun mandatını dəyişdirin. Onun əvəzinə, məsələn, fəaliyyətini bölgənin münaqişədən sonrakı bərpasına yönəldəcək yeni bir tam hüquqlu ATƏT missiyasının qurulmasına çalışın. Əslində, mövcud vəziyyəti nəzərə alsaq, İrəvanın əksinə olaraq, Bakının ATƏT-in Minsk qrupuna ehtiyac duymadığını görürük.

Ümumiyyətlə isə məsələlərinizi həll edərkən ATƏT-ə xüsusi ümid bəsləməyə dəyməz. ATƏT problemin həllində bir şəkildə kömək edə bilər, ancaq heç bir şəkildə təkbaşına həll edə bilməz. ATƏT heç vaxt münaqişələrin həlli və ya münaqişədən sonrakı reabilitasiya üçün əsas vasitə olmayıb və olmayacaq. Bu alət yalnız əlavədir, ikincidir. Olması yaxşıdır, vəssəlam. ATƏT-ə xüsusi ümid bağlamağa ehtiyac yoxdur”,- deyə A.Samarski vurğulayıb.скачать dle 11.3
Mojo.az Banner