Mojo.az Banner
22:06 Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş  |     21:21 İkinci əl avtomobil alarkən nələrə diqqət etmək lazımdır? - Video  |     20:41 Sumqayıt sakininin evi yanaraq kül oldu  |     20:27 Cəlilabadda 49 yaşlı kişini avtomobil vuraraq öldürüb  |     19:53 Qaxda hamam otağında yıxılan kişi öldü  |     19:40 Goranboyda kişi tanışını döyüb - Cinayət işi başlanıldı  |     19:20 Bir ayda ikinci dəfə dəm qazından zəhərləndi  |     19:19 İsrailin daha bir F16 qırıcısı vuruldu  |     19:01 Hidayət Heydərov ölkəyə bürünc medalla qayıdacaq  |     19:01 İran İraqa təbii qaz ixracını yenidən bərpa etdi  |     18:23 Bayram günü telefon dükanına girib OĞURLUQ etdi - ANBAAN VİDEO  |     18:07 İsrailin müdafiə naziri: "Yaxın günlərdə İrandakı hədəflərə zərbələrin miqyası artırılacaq"  |     17:25 "Şamaxinka"da sürücülər üçün YENİLİK: Xüsusi zolaq LƏĞV EDİLDİ - Video  |     17:22 SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ: Martın 23-dən Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI  |     17:20 TDT liderlərinin növbəti görüşü Türküstanda keçiriləcək  |     14:53 "Qarabağ"ın legionerləri Polşa və Monteneqro millilərinə dəvət aldılar  |     14:48 Ötən gün bölgələrə 14 minə yaxın sərnişin daşınıb  |     14:45 Bakıda müəllim bayram günü əri tərəfindən qətlə yetirildi  |     14:42 Sabah 16 dərəcə isti olacaq  |     14:41 İranın Natanzdakı nüvə obyekti vuruldu  |    
Left Banner
Right Banner

İsraildə koronavirusa qarşı kollektiv immunitet formalaşıb - FOTO

14.04.2021 21:17 840
İsraildə koronavirusa qarşı kollektiv immunitet formalaşıb - FOTO
İsraildə sutka ərzində koronavirusa yeni yoluxma halları 200-dən aşağı düşüb. Müsbət COVID-19 testlərin faiz nisbəti isə 0.3%-ə enib.

Bu barədə “The Jerusalem Post” nəşri ölkənin Səhiyyə Nazirliyinin aprelin 14-də yayımladığı sutkalıq koronavirus statistikasına əsasən məlumat yayıb.

Hazırda ölkədə 3890 aktiv COVID-19 xəstəsi var ki, bu da ötən ilin iyun ayından bu yana qeydə alınan ən aşağı göstəricidir. Göstəricinin aşağı düşməsi 84 784 aktiv xəstənin qeydə alındığı fevralın 5-dən etibarən müşahidə olunur.



BBC qeyd edir ki, cari ilin yanvar ayında “Pfizer” şirkəti ilə razılaşmadan sonra İsraildə ölkə üzrə vaksinasiyaya start verilib. Dünyada peyvəndlənmə kampaniyasına ilk olaraq başlayan ölkədə hazırda əhalinin yarıdan çoxuna, daha dəqiq desək, 5.3 milyon nəfərə vaksin vurulub. Bu müddət ərzində daha 830 min nəfərin xəstəlik keçirdiyini nəzərə alsaq, İsraildə artıq kollektiv immunitetin formalaşdığını iddia etmək olar.

Ölkə hökuməti mövcud vəziyyəti nəzərə alaraq, antikovid tədbirlərini yumşalatmaq qərarına gəlib.

Öncədən qeyd edək ki, hələ fevralın 21-dən etibarən peyvənd olunmuş vətəndaşlara müəyyən üstünlük və güzəştlər tətbiq olunub. Onların idman zalları, hovuz, hotel və mədəniyyət ocaqlarına girişinə icazə verilib.

Həmçinin aprelin 8-dən etibarən İsraildə açıq məkanda toplaşma məhdudiyyəti 100, qapalı məkanda isə 20 nəfərə yüksəldilib.

Aprelin 14-də isə hökumət mayın 23-dən etibarən İsrailin xarici turistləri qəbul edəcəyini açıqlayıb. İlkin dövrdə yalnız peyvənd olunmuş əcnəbilərin ölkəyə buraxılacağı bildirilib.скачать dle 11.3
Mojo.az Banner