Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Rusiyanın əməkdar həkimi: “Mümkün qədər çox insan peyvənd olunmalıdır”

13.04.2021 19:49 858
Rusiyanın əməkdar həkimi: “Mümkün qədər çox insan peyvənd olunmalıdır”
“Mümkün qədər çox insan peyvənd olunmalıdır. Peyvənd aşılanmış hər bir fərdi COVID-19-un ağır formalı gedişatından qoruyur, kollketiv immunitetin lazımi səviyyədə olmasına və bu zaman itkilərdən yan keçməyə kömək edir”.

Bunu “Report”un Rusiya bürosuna Rusiyanın Əməkdar həkimi, “Vrachu.ru” servisinin aparıcı elmi redaktoru Mixail Kaqan deyib.

Ekspert qeyd edib ki, kollektiv immunitet virusu çoxalma ehtimalından məhrum etməyə və pandemiyanı nəzarət altına almağa imkan verir: “Epidemiyaya nəzarət etmək üçün tələb olunan minimum kollektiv immunitet səviyyəsi ümumi əhalinin 70 %-ni təşkil edir. Ona təbii yolla nail olmaq böyük itkilərlə müşayiət olunur, digər yandan, vaksinasiya yüz mində bir insanda ciddi fəsadlar olmasını təmin edir. Bu, aydın şəkildə aşılanmanın lazım olduğunu sübut edir”.

M.Kaqan pandemiyanın nə vaxt başa çatacağını söyləməkdə çətinlik çəkib. Onun sözlərinə görə, bu daha çox qurban “axtarışına çıxan” virusla mübarizə tədbirlərinin nəticəsindən, daha əvvəl yoluxub sağalmış insanlara da sirayət edə biləcək yeni ştammların meydana gəlməsindən və peyvənd olunan, fərdi qoruyucu vasitələrdən istifadə edən və digər karantin tədbirlərinə riayət edən insanlardan asılıdır.

“Bu mübarizədə insanların virusu qabaqlaması və onu yayılmaq imkanından məhrum edərək məhv etməsi vacibdir”, - həkim vurğulayıb.
скачать dle 11.3
Mojo.az Banner