Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:41 Siqaret təkcə ağciyər deyil, bir sıra digər orqanların da xərçənginə səbəb ola bilər | 22:34 Hövsan qəsəbəsində yolu keçmək piyadalar üçün təhlükəlidir (VİDEO) | 22:28 10 oğurluq, bir xuliqanlıq hadisəsi törətdi - Anlaqsız olduğu məlum oldu | 22:21 "Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi | 22:16 Ürək və beyin üçün ən faydalı çərəz | 22:07 Türkiyədə zəlzələ oldu | 22:02 Məşhur rejissorun ölümü ilə bağlı yarım əsr sonra cinayət işi açıldı | 21:54 Sabah Bakıda 23 dərəcə isti olacaq | 21:49 Azərbaycanda mənzillərin qiymətləri ucuzlaşacaq? - AÇIQLAMA | 21:43 Hakerlər 15 min dövlət işçisinin məlumatlarını ələ keçirdi - Sloveniyada | 21:35 Beyləqanda 27 yaşlı ustanı "tok" vurub öldürdü | 21:30 Bu yolayrıcında işıqfor quraşdırıldı | 21:26 Şəhid atası dünyasını dəyişdi | 21:17 Bu döyüş Makqreqor üçün son olacaq | 21:08 Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var | 20:55 Aqressiyanın kökündə uşaqlıqdan gələn sevgisizlik dayana bilər – MÜSAHİBƏ | 20:38 Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb | 20:17 Müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq | 20:10 Prokurorluq orqanlarının veteranları təltif ediliblər | 20:08 Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır |
Mojo.az Avto
Mojo.az Avto

İlham Əliyev postkonflikt dövrünü nəzərdən keçirmək üçün vacib faktı xatırlatdı

13.04.2021 11:24 2 631
İlham Əliyev postkonflikt dövrünü nəzərdən keçirmək üçün vacib faktı xatırlatdı
“Müharibədən sonrakı dövr də çox həssasdır. Düzdür, atəşkəs rejimi qorunur, lakin hələ də postmüharibə dövründəki inkişafla bağlı çoxlu suallar var. Bu konfransın da mövzusu postkonflikt dövründə inkişaf və əməkdaşlıqla bağlıdır”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda çıxış edərkən deyib.

Dövlət başçısının sözlərinə görə, postkonflikt dövrünü nəzərdən keçirməzdən öncə, başa düşmək lazımdır ki, Azərbaycan torpaqları 30 il işğalda qalıb.

Prezident deyib ki, Azərbaycan xalqı Ermənistanın həyata keçirdiyi Xocalı soyqırımını unuda bilməz: “Bunu anlamaq vacibdir ki, bu xatirələr bizimlədir və ürəyimizi ağrıdır”.

Son xəbərlər