Mojo.az Banner
16:14 Pensiya kapitallarında dəyişikliklə bağlı - Rəsmi açıqlama  |     16:00 Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib  |     15:59 Ermənistanda hərbçi güllələnərək öldürülüb  |     15:53 Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəldi  |     15:50 Bu ərazidə yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO  |     14:25 Masazırda 4 maşın yandı  |     14:13 Bəzi rayonlara qar yağıb - FAKTİKİ HAVA  |     14:12 Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqləndi  |     14:11 Azərbaycan nefti ucuzlaşdı  |     14:09 Bakıda it sahibi tərəfindən döyüldü - Video  |     14:01 Ov mövsümü başladı  |     13:51 Naxçıvanda məşhur kafedə dava: Barmen pivə bakalını müştərinin başına çırpdı  |     13:48 Elektromobillər su maneələrini niyə ənənəvi avtomobillərdən daha yaxşı keçir? - Ekspert rəyi  |     13:47 İstanbulda 150 milyon lirəlik mərc şəbəkəsi ifşa olundu  |     13:43 Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib  |     13:18 Azərbaycanda LGBT-nin fəaliyyəti qadağan edilir  |     13:08 Qadını şantaj edən gənc həbs olundu  |     12:34 Mingəçevirdə bədbəxt hadisə: 52 yaşlı kişi öldü  |     23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda bu marşrutda gedişhaqqı ucuzlaşdı

12.04.2021 13:54 1 395
Bakıda bu marşrutda gedişhaqqı ucuzlaşdı
Pirallahı, Zirə, Türkan və Qala qəsəbələrindən paytaxtın mərkəzinə sərnişinlər daha tez və rahat çatacaqlar. Bu məqsədlə Qala qəsəbəsində yeni nəqliyyat mübadilə məntəqəsi tikilib.

Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, əraziyə dayanacaqlar qoyulub və yeni marşrut xətti açılıb.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayevin sözlərinə görə, bu qəsəbələrdən paytaxta gələn sərnişinlər mübadilə mərkəzində düşərək ''BakuBus''un yeni avtobuslarına minəcəklər. Həmin avtobuslar isə sərnişinləri əvvəlki kimi Ramana qəsəbəsinin içindən keçməklə deyil, birbaşa hava limanı yolu ilə ''Koroğlu'' metrostansiyasına gətirəcək.

Mais Ağayev həmçinin bildirib ki, sərnişinlərin narazılıqları nəzərə alınaraq 101, 150 və 187 saylı marşrut avtobusları da yenilənib. Əvvəllər "3 Nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi"nin müvqqəti istismarında olan bu xətlər indi istehsalat bazası olan daşıyıcı şirkətlərin birinə həvalə edilib.

Mais Ağayev yeni dəyşikliklərin gedişhaqqına təsir edib-etməməsi məsələsinə də münasibət bildirib. Deyib ki, əvvəllər Pirallahıdan "Koroğu"ya gəlmək 90 qəpik idi, indi isə sərnişinlər 10 qəpik az ödəməli olacaqlar. Digər istiqamətlərdə isə qiymətlər dəyişməyib.скачать dle 11.3
Mojo.az Banner