Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Koronavirus intiharların artmasına təsir göstərir: “İnsanlarda fobiyalar artıb”

10.04.2021 22:20 1 521
Koronavirus intiharların artmasına təsir göstərir: “İnsanlarda fobiyalar artıb”
Artıq 1 ildir ki, koronavirus xəstəliyi ilə mübarizə aparırıq. İnsanların həyat rejimində ciddi pozulmalar müşahidə edilir. Qapanmalar insanların həyat rutininə təsir göstərir.

Bu da psixoloji problemlərin ortaya çıxmasına səbəb olur. Xəstəliyə yoluxanlarla yanaşı, yoluxmayanlarda da psixoloji pozuntulara rast gəlinir. Bu xəstəlikdən ciddi şəkildə qorxaraq, özlərinə qapanırlar. Belə hallar da insanları intihara sürükləyir. Ötən günlərdə koronavirus xəstəliyinə yoluxan şəxsin özünə qəsd etmək istəyi ilə bağlı məlumatlar yayılmışdı. FHN tərəfindən onun qarşısı alınıb.

Bəs bu cür hallar çox alarsa, qarşısını necə ala bilərik? Koronavirus xəstələrinə psixoloji yardım hansı şəkildə göstərilməlidir?

ATU-nun infeksion xəstəlikləri kafedrasının dosenti İlham Bayramov Modern.az-a insanların bu xəstəliyə qarşı psixo fobiyasının olduğunu bildirib:

“Ona görə də onlara psixoloji yardımın göstərilməsi şərtdir. Xəstəliyin müalicəsi ilə yanaşı onlara psixoloqlar, psixiaterapektlər, psixiatrlar yardım etsələr çox gözəl olardı. Xəstəliyin özündən çox fobiya insanlarda ciddi problemlər yaradır. Koronavirus xəstələrində fobiya çox yüksəkdir. Xəstəliyi insanlara elə təqdim ediblər ki, yoluxmayanlar belə virusdan ciddi şəkildə qorxurlar. Xəstəliyin müalicəsi ilə yanaşı həmin stasionarda psixoloji yardım almaları da vacibdir”.

İ.Bayramov insanlarda ölüm qorxusunun olduğunu qeyd edib:

“Həmin xəstəliyə yoluxanlar bizə tez-tez “öləcəyik” deyə suallar verirlər. Hamısında ölüm qorxusu var. Bu xəstəliyə tutulan zaman öncəliklə öləcəklərini düşünürlər. Biz özümüz onlara təsəlli verməyə çalışırıq. Qripin ağırlaşmasının bundan daha pis olduğunu söyləyirik.. Bu doğurdan da belədir. Sadəcə olaraq bu xəstəliyin yoluxduruculuğ və öldürücülük qabiliyyəti qripə nisbətən daha tez baş verir.

Qripdə ağırlaşma uzun müddət çəksə də, bu xəstəliyi yoluxan insanda ilk gündən pnevmoniya, hərarət yüksəkliyi aşkarlanır. Yanaşı xəstəlikləri olanlar da isə nəfəs darlığı yaradır. Ona görə də xəstələrin təcrübəli həkimlərin əlində olması vacibdir. Müalicə düzgün aparılsa, bu kimi hallara da rast gəlinməz. Xəstəlik ağırlaşma verən zaman xəstələrdə fobiya və qorxu hissi daha da çoxalır”. // Modern.azскачать dle 11.3
Mojo.az Banner