Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

II Yelizavetanın əri vəfat etdi: Britaniyada səkkiz günlük matəm elan olundu - YENİLƏNİB

09.04.2021 17:49 3 441
II Yelizavetanın əri vəfat etdi: Britaniyada səkkiz günlük matəm elan olundu - YENİLƏNİB
Böyük Britaniyada Edinburq hersoqu, şahzadə Filipin ölümü ilə bağlı matəm elan olunub.

Bu gündən başlayaraq 8 gün ərzində ölkə ərazisində dövlət bayraqları endirilir, parlament üzvləri isə qollarına qara sarğı bağlayacaqlar.

Matəm günlərində kraliça II Elizabet rəsmi səlahiyyətlərini icra etməyəcək. Həyat yoldaşının dəfninə hazırlıqla bağlı baş nazir Boris Conson ilə keçiriləcək görüş istisna təşkil edəcək.

* * * * *

Britaniya kraliçası II Yelizavetanın həyat yoldaşı, Edinburq hersoqu Filip 99 yaşında həyatını itirib.


“Haber Global” bu barədə Bukingem Sarayının açıqlamasına istinadən xəbər yayıb.

Son xəbərlər