Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda daha 2035 nəfərin koronavirusa yoluxduğu aşkarlandı: 32 nəfər vəfat etdi - FOTO

06.04.2021 18:28 1 923
Azərbaycanda daha 2035 nəfərin koronavirusa yoluxduğu aşkarlandı: 32 nəfər vəfat etdi - FOTO
Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 2 035 yeni yoluxma faktı qeydə alınıb, 776 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 273 869 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 243 467 nəfər müalicə olunaraq sağalıb, 3 743 nəfər vəfat edib, aktiv xəstə sayı 26 659 nəfərdir.

Ölkədə son sutka ərzində 12 701 test aparılıb.


Son xəbərlər