Şəkidə avtomobillər toqquşub, xəsarət alan var - FOTO
Şəki rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə şəhərin Salman Mümtaz küçəsində qeydə alınıb.
Belə ki, Şəki rayon sakini Xəzər Nəbiyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobil Aləm Süleymanovun sükanı arxasında olduğu “VAZ-2107” markalı avtomobillə toqquşub. Nəticədə Aləm Süleymanov və daha bir sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.