Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Məşhur şirniyyat mağazasından şikayət: "Siçovullar sərbəst gəzir”

05.04.2021 18:45 2 181
Məşhur şirniyyat mağazasından şikayət:
“Bakı şəhər sakini paytaxtın Yasamal rayonu, Bəxtiyar Vahabzadə küçəsi 547-ci məhəllədə yerləşən “Baku Bakery”un məmulatlarının satışı mağazasında istifadə müddəti bitən məhsulların satışı həyata keçirilir”.

Median.Az
“Report”a istinadən xəbər verir ki, şikayətçi Vüqar Ağamalıyev qeyd edir ki, daimi olaraq adıçəkilən mağazadan son hadisəyə qədər evə dair un məmulatları alırmış:

“Bir dəfə oğlum həmin mağazadan almış olduğu un məmulatlarından hazırlanan məhsuldan zəhərlənib. Bu hal onu göstərir ki, həmin mağaza məhsulların düzgün saxlanılması və qorunması qaydalarına riayər etmir və istifadə müddəti bitən məhsulların satışını həyata keçirir”.

“Bundan başqa, COVID-19 ölkədə tüğyan etdiyi vaxtda gigyena qaydalarının mütləq qaydada riayət edilməli olduğu vaxtda həmin mağazada siçovulların sərbəst şəkildə un məmulatlarının üstündə hərəkət etməsini görmüşəm və bunun aradan qaldırılmasını mağaza sahibindən dəfələrcə xahiş etməyimə baxmayaraq, mağaza sahibi bu halların aradan qaldırılması ilə bağlı hər hansı tədbir görməyib, nəticədə belə hal mobil telefonum vasitəsilə çəkilişini apararaq mağaza barəsində şikayət etmək qərarına gəlmişəm”, - deyə məlumatda bildirilir.

Şikayətçi iddiası ilə əlaqədar Azad İstehlakçılar Birliyinə məktub ünvanlayıb. Məsələ ilə bağlı “Baku Bakery”un məmulatlarının satışı mağazasından bildirilib ki, müəssisə 20 ildən artıqdır fəaliyyət göstərir:

“Biz kiminsə hər hansı iddiasına cavab verən deyilik. Şikayətçi olan şəxs aidiyyəti üzrə müraciət edə bilər. Azərbaycan Qida Təhülkəsizliyi Agentliyi, hüquq-mühafizə orqanları və digər qurumlara şikayətini bildirə bilər. Həmin qurumlar da şikayət əsasında məsələni araşdıra bilərlər”.

AQTA-dan “Report”a bildirilib ki, məsələ barədə Agentliyə məlumat daxil olub: “Vətəndaşın şikayəti AQTA tərəfindən qeydə alınıb, araşdırmalara başlanılıb”.скачать dle 11.3
Mojo.az Banner