Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Dövlət satınalmalarında 60 milyon manatlıq şübhəli məqamlar aşkarlanıb

05.04.2021 16:37 855
Dövlət satınalmalarında 60 milyon manatlıq şübhəli məqamlar aşkarlanıb
2020-ci ildə dövlət qurumları tərəfindən 23 podratçı ilə bağlanmış müsabiqə əsaslı satınalma müqavilələrinin məbləği ümumi müsabiqə əsaslı satınalma müqavilələrinin məbləğinin 33,2 %-ni təşkil edib.

“Report” xəbər verir ki, bu barədə “Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabatında qeyd edilib.

Hesabata əsasən, 2019-cu ildə bəzi hallarda eyni podratçı ayrı-ayrı sahələrə aid olan malları (iş və ya xidmətləri) təmin edib. Həmin podratçılar 7-11 say olmaqla satınalma predmeti üzrə ümumilikdə müxtəlif satınalan təşkilatlarla 95 mln 238,9 min manat məbləğində 463 müqavilə imzalayıblar.

“Bu halların mövcudluğu dövlət vəsaitlərinin istifadəsində rəqabət mühitinin pozulması və şəffaflığın təmin edilməməsi ilə nəticələnmə riskinin olması anlamına gəlir. Məlumatların təhlili 26 qurum üzrə 60,7 mln manat məbləğində 161 satınalma müqaviləsinin müqavilə tarixi ilə protokol tarixinin eyni günə təsadüf etdiyini, 12 qurumda, ümumiyyətlə, müsabiqəli satınalmaların keçirilməməsi halının mövcudluğunu göstərdi ki, bu da satınalma prosedurlarının tam rəqabət mühiti formalaşdırmasına şübhələr yaradır”, - Hesablama Palatası bildirir.скачать dle 11.3
Mojo.az Banner