Mojo.az Banner
20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |     17:58 Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi  |     17:48 Bakıda və rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq  |     17:24 Hicaba görə məktəbə getməyən uşağın valideyni 100 manat cərimələnə bilər – AÇIQLAMA  |     15:32 Bu gün Bakıda Azərbaycan-Kamboca biznes forumu keçirilir  |     15:30 Ermənistan İK Azərbaycan hərbçisi ilə bağlı insidentdə yaralanan qadın zərərçəkmiş qismində tanıdı - Foto  |     15:28 Azərbaycanda pensiya ödənişləri 10 faiz artıb  |     15:24 Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto  |     13:03 Vahid məktəbli forması uşaqların da xoşuna gəlir – Deputat  |     12:59 Hökmü gözlənilən 74 yaşlı qadın axtarışa verildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Gürcüstanın daha üç televiziya kanalı “Azerspace-1” peykindən yayıma başladı

02.04.2021 12:16 1 950
Gürcüstanın daha üç televiziya kanalı “Azerspace-1” peykindən yayıma başladı
“Azərkosmos” Gürcüstanın “Media Holding” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

Bu barədə peyk operatorunun yaydığı məlumatda bildirillib.

Əməkdaşlıq müqaviləsinə görə “Media Holding” şirkətinə daxil olan “Rustavi-2”, “Comedy TV” və “Marao TV” televiziya kanalları artıq “Azerspace-1” peyki üzərindən kommersiya yayımına başlayıb.

Geniş izləyici auditoriyasına malik olan bu kanallar vasitəsilə gürcü dilində ictimai, siyasi, iqtisadi, analitik və mədəniyyət proqramları nümayiş olunur.

Qeyd edək ki, “Media Holding” şirkəti ilə əməkdaşlıq sayəsində artıq gürcü izləyicilərin 99%-i “Azerspace-1” peyki vasitəsilə yayımlanan televiziya kanallarına baxa biləcək.

“Azerspace-1” peykinin Avropa yayım şüası üzərindən təqdim olunan “Rustavi-2”, “Comedy TV” və “Marao TV” kanallarının yayım tezliyi belədir: 11095/H/30000

“Rustavi-2”, “Comedy TV” və “Marao TV” kanallarımızın “Azerspace-1” peykində keyfiyyətli formatda yayımlanmasından olduqca məmnunuq. “Azərkosmos”la bu əməkdaşlığımız sayəsində artıq kanallarımızı izləmək Gürcüstanın hər bölgəsində, xüsusilə digər ölkələrdə yaşayan gürcü vətəndaşlarımız üçün əlçatan olacaq”, – deyə “Media Holding” şirkətinin icraçı direktoru Zaza Gvelesiani bildirib.

“Azərkosmos” Gürcüstanın yayım bazarında altı ildir ki etibarlı xidmət göstəricilərinə görə öz lider mövqeyini qoruyub saxlamaqdadır. Əminik ki, “Media Holding” şirkəti ilə bundan sonra da gürcü kanallarının və tədbirlərin canlı yayımı üzrə əməkdaşlığımızı genişləndirəcəyik”, – deyə “Azerspace” kommersiya qrupunun rəhbəri Yolçu Həsənov qeyd edib.скачать dle 11.3
Mojo.az Banner