Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

TƏBİB-dən bir doza vaksinin iki nəfərə vurulması iddialarına münasibət

01.04.2021 20:55 1 095
TƏBİB-dən bir doza vaksinin iki nəfərə vurulması iddialarına münasibət
"Sosial şəbəkələrdə yazılan hər bir fikrə hörmətlə yanaşıram, çünki hər bir insanın öz fikrini bildirmək hüququ var".

Bunu APA-ya TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu departamentinin rəhbəri Yaqut Qarayeva deyib.

40 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanılırO bildirib ki, vətəndaşların hər hansı neqativ hadisə ilə bağlı konkret şikayəti varsa, bunun üçün mütləq rəsmi şəkildə müraciət etməlidir: "Bunu ümumi şəkildə qeyd etməməlidirlər. O zaman biz hadisəni araşdıra bilmirik. Bu gün səhiyyə sistemində 100 mindən çox insan çalışır. Respublikanın hər rayonunda məntəqələr açmışıq və vaksinasiya prosesi gedir. Əgər hər hansı məntəqədə nöqsanla qarşılaşırlarsa, mütləq onu konkret şəkildə bildirməlidirlər və bu, araşdırılmalıdır. Mənfi hallar xüsusi orqanlar, bu işlə məşğul olan insanlar tərəfindən araşdırılmalıdır”.

Y. Qarayeva qeyd edib ki, bu gün Azərbaycanda vaksin çatışmazlığı yoxdur: "Ölkəmiz ilk günlərdən vaksinlə bağlı bütün istiqamətlərdə danışıqlar aparır”.

Departament rəhbərinin sözlərinə görə, bir doza vaksinin bölünərək iki nəfərə vurulması ilə bağlı heç bir rəsmi şikayət almayıblar: "Biz də bunu sosial şəbəkələrdə oxumuşuq. Neqativ hallar daha çox növbələrlə bağlı olur. İnsanların bir yerə kütləvi toplanması ilə bağlı şikayətlər var. Bəzən şəkillər də göndərirlər. Xüsusən havalar soyuq olanda insanları açıq havada gözlədə bilmirdik. Amma çalışırıq ki, məsələyə dərhal reaksiya verək. Hansı rayonda, hansı məntəqədə belə hadisə baş veribsə, dərhal məntəqənin rəhbərləri ilə əlaqə saxlayırıq. Orada vəziyyəti tənzimləməyə, insanlar arasında sosial məsafənin gözlənilməsinə çalışırıq”.скачать dle 11.3
Mojo.az Banner