Braziliyada rekord ölüm qeydə alındı
Ölkənin Səhiyyə Nazirliyi bu barədə məlumat verib.
Bu, epidemiyanın başlanğıcından bəri ölkədə bir gündə qeydə alınan ən yüksək ölüm sayıdır.
Səhiyyə Nazirliyinin məlumatlarına görə, COVID-19 səbəbiylə son 24 saat ərzində 84 494 yeni yoluxma hadisənin aşkarlanması ilə ümumi xəstəlik sayı 12 664 058-ə çatıb.
210 milyondan çox əhalisi olan Cənubi Amerika ölkəsi ABŞ-dan sonra COVID-19 epidemiyasından ən çox təsirlənən dövlətdir.
Braziliya son həftələrdə həm reanimasiya şöbələrindəki sıxlıq, həm də ölkənin Amazoniya bölgəsində ortaya çıxdığı düşünülən COVID-19-un daha yoluxucu tipi - “P1”in yayılması səbəbindən çətin günlər yaşayır.
Ölkədə son bir həftə ərzində gündəlik orta ölüm sayı 2600-dən, virus müəyyən edilənlərin sayı isə 75 000-dən çoxdur.