Mojo.az Banner
16:47 Nəsimi Musayevin atası: "Ən böyük arzum oğlumla danışmaqdır"  |     16:42 Nazirliyin bölmə rəisi rüşvət verməyən şəxsi evsiz qoyub - Məhkəmə  |     16:39 Bakıda maşını xarab olan sürücü həbs olundu  |     16:34 Azərbaycan üçün yeni mərhələ: AQEM sammiti hansı fürsətləri yaradır?  |     16:26 Laos prezidenti Azərbaycanın regional rolundan danışdı  |     16:20 Ətin qiyməti ilə PİS XƏBƏR – Yaxın zamanda...  |     16:17 Hakan Fidan və Sergey Lavrov Bakıda görüşdülər  |     16:15 Emoməli Rəhmon İlham Əliyevə təşəkkür etdi  |     16:08 “Ailə məsələsidir” deyib susmayın: Tanınmış psixoloqdan xəbərdarlıq  |     16:05 Qırğızıstan Azərbaycanın AQEM-də sədrliyinin uzadılması təşəbbüsünü dəstəkləyir  |     15:47 Ekoloq: "Günəş panellərinin tullantıya çevrilməsinə indidən hazırlaşmalıyıq, yoxsa..."  |     15:38 "TikTok"da canlı yayımda söyüş söyənlər saxlanıldılar  |     15:32 Tokayev: "İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə tərəqqi nümunəsinə çevrilib"  |     15:22 Marketlərə kiberhücum: Mütəxəssislər Azərbaycandakı riskləri açıqladı  |     14:41 Cəhalətə qarşı mübarizə aparanlar dövlət tərəfindən dəstəklənəcək? – Deputat açıqladı  |     14:29 Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq  |     13:25 Kartdan-karta köçürmələrə limitləri banklar özləri müəyyənləşdirir  |     13:20 Paşinyan sülh müqaviləsi ilə bağlı tarix açıqladı  |     13:12 Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb  |     13:08 Şəhid anası vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanla sərhəd ölkədə COVID-19-a rekord yoluxma qeydə alındı

23.12.2023 13:33 3 138
Azərbaycanla sərhəd ölkədə COVID-19-a rekord yoluxma qeydə alındı
Noyabrın 20-dən dekabrın 17-dək dünyada koronavirusa yoluxma halları əvvəlki dörd həftə ilə müqayisədə 52% artıb. Ən çox yoluxma halı isə Azərbaycanla sərhəd Rusiyada müəyyən edilib - 279 359. Bununla belə, COVID-19-dan ölüm dünyada 8% azalıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat verib.

Bildirilir ki, dörd həftə ərzində dünyada 854 673 yoluxma və 3 005 ölüm faktı qeydə alınıb.

ÜST məlumatları yoluxma və ölüm hallarının regionlar üzrə fərqli mənzərəsini nümayiş edir.

Belə ki, Cənub-Şərqi Asiyada yeni koronavirus hadisələrinin sayı dörd həftə ərzində 388%-dən, ölümlər isə üç dəfədən çox artıb. Afrikada xəstəlik 77% artıb, ölüm halları isə 50% azalıb. Avropada xəstəlik 54%, ölüm halları 14% artıb. Eyni zamanda, Amerika regionunda xəstələnmə 23%, ölüm faktları isə 48% azalıb. Şərqi Aralıq dənizində xəstələnmə sayında 51%, ölüm sayında isə 65% azalma var.

Rusiya Federasiyasından başqa, ən çox koronavirusa yoluxma hallarının qeydə alındığı ilk beş ölkəyə Sinqapur (120 898), İtaliya (114 795), Polşa (39 828) və Avstraliya (39 505) daxildir. Ən çox ölüm halı İtaliyada qeydə alınıb - 510. Sonrakı yerdə İsveç (396), Rusiya (376), Avstraliya (211) və Polşa (141) gəlir.

Mənbə: TASSскачать dle 11.3
Mojo.az Banner