Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:17 İnsan öldükdən sonra onu təhqir edənləri nə gözləyir? – İlahiyyatçıdan AÇIQLAMA | 12:54 Zəngəzur dəhlizinin istifadəyə veriləcəyi tarix açıqlandı | 12:48 Məleykə Abbaszadə tələbələrin şikayətini nəzarətə götürdü, işçi qrup yaratdı | 12:36 İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib | 12:34 Valideynlər uşaqları internet təhlükələrindən necə qorumalıdır? | 12:25 Aparıcı Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı | 12:23 Bəzi texnikaların idxalı ƏDV-dən azad olunacaq | 12:22 Beynəlxalq yükdaşımaya vergi güzəşti təklif edilir | 11:51 Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb | 11:50 Azərbaycanda universitetdə əməkhaqqı ilə bağlı yenilik | 11:46 Fira Cəlilovanın evində cinayətkarı gizlədən şəxsi hansı cəza gözləyir? | 11:43 Ağsuda ağac 6 yaşlı uşağın ölümünə səbəb oldu | 11:38 Fira Cəlilovanın evinə basqın edilib? - DİN-dən açıqlama | 11:26 Azərbaycanda yükdaşıma ilə bağlı yeni cərimə | 11:16 Adı generalın qızı ilə məhkəmə işində hallanan vəzifəli şəxs işdən çıxarıldı | 23:01 Sarımsaq həqiqətən xəstəliklərdən qoruyur? | 22:56 Azərbaycanın Ermənistana builki ixracının dəyəri 24 milyon dollara yaxınlaşıb | 22:50 Sağlamlığınızı "ChatGPT"yə həvalə etməyin! | 22:43 Bağça müəllimləri üçün sertifikasiya imtahanının tarixi dəyişdirildi | 22:38 Moskvada general həbs edildi |
Mojo.az Avto
Mojo.az Avto

Ukrayna Ermənistanın ATƏT büdcəsini boykot etməsindən narahatdır

30.03.2021 20:34 933
Ukrayna Ermənistanın ATƏT büdcəsini boykot etməsindən narahatdır
Ukrayna aprelin 1-dən etibarən ATƏT-in Xüsusi Monitorinq Missiyasının Donbasda fəaliyyətini dayandıracağından narahatdır. Hazırda 2014-cü ilin mart ayından etibarən münaqişə zonasında fəaliyyət göstərən missiyanın səlahiyyət müddətinin uzadılması məsələsi müzakirə olunur. Bu günlərdə bölgədə münaqişənin yenidən alovlanması təhlükəsi yaranıb. Rəsmi Kiyev isə hələ ki bütün məsələləri danışıqlar yolu ilə həll etməyə çalışır.

Caliber.az-ın öncədən də xəbər verdiyi kimi, Ermənistanın bütövlükdə ATƏT-in, eləcə də təşkilatın Ukraynadakı Xüsusi Monitorinq Missiyasının büdcəsinin qəbul edilməsi prosesinə mane olması barədə məlumatlar var.

İrəvan belə bir addım atmaqla təşkilatın nüfuzuna və funksionallığına maddi zərbə vurub. Həmçinin, Kiyevə qarşı düşmən münasibət göstərib.

Eyni zamanda Ukrayna Ali Radası başqa bir problemlə də qarşılaşıb. Belə ki, ATƏT-in Donbasda fəaliyyət göstərən missiyası martın 31-də öz müddətini başa vurur. Bir qayda olaraq, hər il onun fəaliyyəti bir il müddətinə artırılırdı. İndi yenidən qərar verməyin zamanıdır.

Bu yaxınlarda Ukrayna Xarici İşlər Nazirliyi məsələ ilə əlaqədar müəyyən problemlərin ortaya çıxdığını bildirib. İş burasındadır ki, ATƏT-in bütün qərarları konsensusla qəbul olunur və hazırda təşkilatda fikir birliyi yoxdur.

Bununla bağlı ölkənin Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir:

“Aprel ayının əvvəlindən etibarən ATƏT Rusiya-Ukrayna silahlı münaqişəsinin həllinə yardım üçün əsas vasitəsini itirə bilər”.

Bununla yanaşı, nazirlik ATƏT missiyası olmadan “təhlükəsizliyin təmin edilməsinə zəmanət verən Minsk razılaşmaları və Normandiya formatında əldə edilmiş razılaşmaların müddəalarının həyata keçirilməsinin kritik şəkildə çətinləşəcəyi” qənaətinə gəlib.

Qeyd edək ki, bir qədər əvvəl Ukrayna ATƏT-in münaqişə bölgəsindəki fəaliyyətini yenidən qurmağı təklif edib. Mövcud mülki müşahidəçilərin əvəzinə, bölgəyə sülhməramlı funksiyaları olan polis patrullarının göndərilə biləcəyi vurğulanıb. Lakin bu ideya dəstəklənməyib. İndi isə Ermənistanın hərəkətləri ucbatından müşahidə missiyası da şübhə altında qalıb.

Xatırladaq ki, Ukraynanın beynəlxalq təşkilatlar yanındakı nümayəndəsi Yevgeni Simbalyuk “Ukrinform”a ATƏT-in Donbasdakı işinin niyə bu qədər vacib olduğunu izah edib.

“Başqa bir missiyamız yoxdur. BMT, AB və ya NATO-nun himayəsində heç bir sülhməramlı missiyamız yoxdur. Bölgədəki beynəlxalq təmsilçi yalnız ATƏT-in Xüsusi Monitorinq Missiyasıdır və bu səbəbdən də onun fəaliyyətinin davam etməsi bizim üçün çox vacibdir”, - deyə Y.Simbalyuk bəyan edib.

İndi Ukrayna rəsmiləri Simbalyukun sözlərinə əlavə edərək bildirirlər ki, bölgədəki vəziyyətin kəskinləşməsi fonunda ATƏT-in missiyası olmadan, Rusiya qoşunlarının Ukraynanın nəzarətindən kənar ərazilərə daxil olması mümkündür. Rəsmi Kiyevin mümkün halın əleyhinə olduğunu nəzər alsaq, bu, daha genişmiqyaslı bir qarşıdurmaya səbəb ola bilər.

Son xəbərlər