Mojo.az Banner
21:59 Türkiyə-Ermənistan sərhədi açılır? - İrəvandan YENİ AÇIQLAMA  |     21:53 Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib  |     21:45 Marketdə vaxtı keçmiş "NAN" uşaq yeməyi satılır - ŞİKAYƏT  |     21:40 Ajda Pekkan 80 yaşında su idmanına başladı  |     21:34 Ağıllı eynək qalmaqalı böyüyür – Qadınları gizli çəkib internetdə yayırmışlar  |     21:26 Gözlənilməz hadisələr YAŞANACAQ - Diqqət!  |     21:21 Bəzi avtobus marşrutları müsabiqəyə çıxarılır  |     21:13 Pünhanın 2 min nəfərlik toyunda qalmaqal: Müğənni ilə tamada arasında mübahisə  |     21:08 Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi  |     21:01 İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? (VİDEO)  |     20:56 Bankomatda hesabı açıq qoydu - Başına iş gəldi  |     20:49 Nömrə satışı adı altında 3 600 manatlıq dələduzluq  |     20:44 Bakıda yarımçıq tikilidə yeddi ailənin təhlükəli həyatı (VİDEO)  |     20:36 Formula 1 Bakının iqtisadiyyatına nə qədər təsir edir?  |     20:31 Bakıda mənzillər sürətlə bahalaşır: Son vəziyyət (VİDEO)  |     20:18 Üzümün faydaları: Kimlər onu böyük porsiyalarla yeməməlidir?  |     20:10 Gələn il orta illik inflyasiya nə qədər olacaq?  |     20:03 Telefonla danışmayın, ağacların altında dayanmayın! - Nazirlikdən xəbərdarlıq  |     19:56 Azərbaycanda Dövlət Qulluğu Məcəlləsi hazırlanıb  |     19:51 Mal əti bahalaşdı - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Ərdoğandan növbəti Qarabağ açıqlaması

24.03.2021 17:53 2 463
Ərdoğandan növbəti Qarabağ açıqlaması
"30 il öncə Dağlıq Qarabağın və Azərbaycan torpaqlarının 20 faizinin işğalı ilə yaşanan qətliamlar azərbaycanlı qardaşlarımızla bərabər bizim də ürəyimizi dağlamışdı”.

APA-nın məlumatına görə, bunu bu gün hakim Ədalət və İnkişaf Partiyasının (AKP) 7-ci qurultayında Türkiyə Prezidenti, partiyanın sədri Rəcəb Tayyib Ərdoğan bildirib.

Minsk Qrupunun ötən dövr ərzində fəaliyyətinin səmərəsiz olduğunu qeyd edən Türkiyə Prezidenti Ermənistanın dövrü olaraq atəşkəsi pozduğunu xatırladıb: "Azərbaycan bu müddət ərzində münaqişənin sülh yolu ilə həlinə çalışıb. Ermənistan keçən il sentyabrın 27-də növbəti dəfə təxribata yol verərək hücum etdikdə isə Azərbaycan hərəkətə keçdi və biz qardaş ölkənin yanında yer aldıq. Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində 30 il davam edən işğala son qoyuldu”.

Ərdoğan Türkiyənin Azərbaycanla birgə keçən il noyabrın 10-da imzalanmış bəyanatın şərtlərinin yerinə yetirilməsinin təmin edilməsi üçün səylərini əsirgəməyəcəyini də vurğulayıb: "Türkiyə-Azərbaycan qardaşlığını daha da gücləndirən bu prosesin əldə olunan anlaşmaya uyğun şəkildə nəticələnməsini təqib edəcəyik”.скачать dle 11.3
Mojo.az Banner