Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu |
Mojo.az Avto
Mojo.az Avto

Şəhid anası: “Oğlum həmişə deyirdi ki, nə qədər ki biz varıq, o torpaqlar erməniyə qalmayacaq” - FOTO

23.03.2021 22:19 1 194
Şəhid anası: “Oğlum həmişə deyirdi ki, nə qədər ki biz varıq, o torpaqlar erməniyə qalmayacaq” - FOTO
Bu gün Vətən müharibəsində şəhid olan Abdullayev Rəşid Abdulla oğlunun doğum günüdür.

Oxu.Az xəbər verir ki, R.Abdullayev 2002-ci ildə Gəncə şəhərində anadan oub.

Ağcabədi şəhərində yerləşən N saylı hərbi hissədə xidmət edib.

Sentyabr ayının 27-də Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı o da ön cəbhəyə yollanan hərbçilərimizdən biri olub.

Şəhidin atası Abdulla Abdullayevin sözlərinə görə, Rəşid müharibəyə gedəcəyi barədə heç bir məlumat verməyib:

“Müharibə başlayan gündən narahat olduğumuz üçün onunla tez-tez telefon əlaqəsi yaradırdıq. O, hərbi sirləri qorumaq məqsədilə bizə heç nə demirdi. Bir qədər sonra bildim ki, Füzuli istiqamətində gedən döyüşlərdədir. Şuşaya qədər bir çox istiqamətlərdə gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Əsgər yoldaşlarından aldığımız məlumata görə, Rəşid noyabrın 8-ində Şuşa istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb”.

Şəhid anası isə bildirib ki, oğlu torpaqlarımızın işğalda olması ilə heç vaxt barışmayıb:

“Hələ hərbi xidmətə getməzdən əvvəl işğal altında olan torpaqlarımızın görüntülərini mənə göstərərək “Bax, ana, necə də gözəl torpaqlardır”, - deyirdi. Oğlum həmişə deyirdi ki, nə qədər biz varıq, o torpaqlar erməniyə qalmayacaq.

Atası 1992-ci ildə gedən müharibələrdə iştirak edib. Atası ilə danışanda döyüş başlayarsa, mütləq şəkildə müharibəyə gedəcəyini və torpaqlarımızı düşməndən azad edəcəyini deyirdi. Dediyini də elədi və vətən uğrunda şəhid oldu. Allah bütün şəhidlərimizə rəhmət etsin”.

Son xəbərlər