Martın 23-də hava necə olacaq? - PROQNOZ » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:03 Şokoladlı çay təzyiqə necə təsir edir?  |     22:58 Azərbaycanın Türkiyədən avtomobil sənayesi məhsullarının idxalına çəkdiyi xərci açıqlandı  |     22:51 Ağaclar vulkan püskürmələrini əvvəlcədən xəbər verə bilər  |     22:45 Azərbaycanda ömür qısalır - Dünya üzrə 166-cı yerdəyik  |     22:35 Çoxmərtəbəli binalar təbii qazla təmin olunmaya bilər (VİDEO)  |     22:20 Azərbaycanda 2 milyon manatlıq mənimsəməyə görə həbs edilən direktora daha bir İTTİHAM  |     22:07 Ermənistan Müdafiə Nazirliyi hərbçisinin öldüyü barədə məlumat yaydı  |     21:57 Azərbaycan millisi Qazaxıstanı məğlub edib  |     21:45 Bu ixtisaslara qəbul olmaq asandır  |     21:38 Tramp öz "Tesla" avtomobilini satmaq istəyir  |     21:19 ADY bayram günlərində əlavə reyslər təyin edib - AÇIQLAMA  |     21:12 Paşinyanın din xadimi barədə qalmaqallı sözləri komissiya tərəfindən araşdırılacaq  |     20:36 Hüseyn özünə Bakıda ad günü etdi  |     20:18 Mariya Zaxarova İstanbul danışıqlarını faydasız adlandıranları tənqid edib  |     20:12 "VAZ 2106" ilə "Mercedes" toqquşub - Xəsarət alan var  |     20:04 Sabah yola çıxacaq sürücülərin NƏZƏRİNƏ  |     19:52 Paşinyan Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib  |     19:48 Bakıda insanları ən çox öldürən XƏSTƏLİKLƏR  |     19:45 ABŞ-də İran silahlarını husilərə ötürən şəxs mühakimə olunub  |     19:02 Sumqayıtda qadın meyiti aşkarlanıb  |    

Martın 23-də hava necə olacaq? - PROQNOZ

Martın 23-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, sabah səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7 dərəcə isti, gündüz 13-17 dərəcə isti, Bakıda gecə 5-7 dərəcə isti, gündüz 15-17 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 753 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-55 faiz olacaq.

Martın 23-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 4-8 dərəcə isti, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-8 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, martın 23-də Abşeron yarımadasında mülayim gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 302 22.03.21 21:36