Rusiya Prezidenti Vladimir Putin 23 mart tarixində peyvənd olunacağını açıqlayıb.
Putin bu barədə peyvəndlənmə ilə bağlı baş tutan iclasda açıqlama verib.
"Vaksinasiya - əlbəttə ki, hər insanın könüllü seçimidir, hər kəsin şəxsi qərarıdır. Yeri gəlmişkən, mən özüm bunu sabah etmək niyyətindəyəm”,- deyə o vurğulayıb.