Mojo.az Banner
16:14 Pensiya kapitallarında dəyişikliklə bağlı - Rəsmi açıqlama  |     16:00 Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib  |     15:59 Ermənistanda hərbçi güllələnərək öldürülüb  |     15:53 Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəldi  |     15:50 Bu ərazidə yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO  |     14:25 Masazırda 4 maşın yandı  |     14:13 Bəzi rayonlara qar yağıb - FAKTİKİ HAVA  |     14:12 Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqləndi  |     14:11 Azərbaycan nefti ucuzlaşdı  |     14:09 Bakıda it sahibi tərəfindən döyüldü - Video  |     14:01 Ov mövsümü başladı  |     13:51 Naxçıvanda məşhur kafedə dava: Barmen pivə bakalını müştərinin başına çırpdı  |     13:48 Elektromobillər su maneələrini niyə ənənəvi avtomobillərdən daha yaxşı keçir? - Ekspert rəyi  |     13:47 İstanbulda 150 milyon lirəlik mərc şəbəkəsi ifşa olundu  |     13:43 Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib  |     13:18 Azərbaycanda LGBT-nin fəaliyyəti qadağan edilir  |     13:08 Qadını şantaj edən gənc həbs olundu  |     12:34 Mingəçevirdə bədbəxt hadisə: 52 yaşlı kişi öldü  |     23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |    
Mojo.az Avto
Mojo.az Avto

AzTV qazilərin istəyi ilə bayram konserti hazırlayıb - VİDEO

20.03.2021 14:57 1 227
AzTV qazilərin istəyi ilə bayram konserti hazırlayıb - VİDEO
Azərbaycan Televiziyasının əməkdaşları bayram münasibətilə qazilərin evlərinə gedib, onların və ailələrinin bayramını təbrik edib.

AzTV-nin sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, lentə alınmış bu kadrlar Novruz bayramı ilə bağlı musiqili bayram proqramında nümayiş olunacaq. Layihə “Odlar Yurdum” adlanır.

Proqramın aparıcısı “Avroviziya 2011”in qalibi Eldar Qasımovdur. Bayram proqramının fərqli cəhəti odur ki, aparıcı 44 günlük Vətən müharibəsində sağlamlığını itirən qazilərin evlərinə gedir, onlarla və ailə üzvləri ilə söhbət edir, bayram təbriklərini çatdırır.

Layihənin daha bir fərqliliyi ondadır ki, təqdim olunan musiqi nömrələri məhz həmin qazilərin istəyi əsasında proqrama salınıb.

Konsert proqramında Mənsum İbrahimov, Nəzakət Teymurova, Ənvər Sadıqov, Tünzalə Ağayeva, Sevda Ələkbərzadə, Aşıq Samirə, Eldar Qasımov, Murad Arif və Azad Şabanov kimi tanınmış incəsənət adamları yer alıb.

Layihə rəhbəri Ranar Musayev, Ülviyyə Könül, quruluşçu rejissor Elur Qədirov, bədii rəhbər Rövnəq Həsənzadə, redaktoru isə Təxminə Yusifova olan bayram proqramının quruluşçu operatoru isə Elçin Əliyevdir.

“Odlar Yurdum” martın 20-si saat 22:00-da AzTV-də yayımlanacaq.скачать dle 11.3
Mojo.az Banner