23:05 Noyabr bu BÜRCLƏR üçün çətin keçəcək  |     22:46 Bakıda ev YANDI  |     22:39 Daha bir icra hakimiyyətində əməliyyat - Müavin həbs edildi  |     22:33 Sumqayıtda avtomobil işıq dirəyinə çırpılaraq aşıb  |     22:25 "ChatGPT"yə iki mövzuda məsləhət vermək qadağan edilib  |     22:19 Moskva vilayətindən minlərlə miqrant deportasiya ediləcək  |     22:12 Bu məktəbdə dərslər dəhlizdə keçirilir - Video  |     21:53 Daha bir cüdoçumuz Avropa çempionu oldu  |     21:51 Qrenlandiya balinaları 200 il yaşaya bilir: Onlar bunu necə bacarır?  |     21:37 Prokurorluq Qaradağ RİH-ə girdi, müavin həbs edildi  |     21:27 Kirayə bazarında yeni dövr: Nələr dəyişəcək, kim nəzarət edəcək?  |     21:21 Ticarət mərkəzinin qarşısında təbii ehtiyacını ödəyən gənc cərimələndi: "Böyrəklərimdə problem var"  |     21:10 Smartfonun enerjisi çox tez tükənir? - Bu 2 saniyəlik fənd vəziyyəti dəyişə bilər  |     20:54 İranın F-35-ləri vurması yalan imiş - Deputat açıqladı  |     20:23 Bakıda küçə itinə yemək verən qadın DÖYÜLDÜ  |     20:00 "Bu problem MDB ölkələri üçün aktualdır" - Putin  |     19:53 Ağdaş sakini yaşadığı evdə ölü tapıldı  |     19:44 Ermənistanın üç dövlət məktəbində Azərbaycan dili tədris olunacaq  |     19:17 "Neftçi" "Kəpəz"ə qalib gəldi  |     19:09 Mbappe penaltini vura bilmədi, azarkeşin ürəyi dayandı  |    

Maskadan istifadə xərçəng yaradır?

Yuhan Hidrobiologiya institutunun alimləri virusdan qorunmaq məqsədilə insanların taxdığı müxtəlif maskaların xərçəngin inkişafına təkan verəcəyini açıqlayıblar. Alimlər aparılan tədqiqatlardan sonra bəzi maskalardan istifadənin xərçəng riskini artırdığı qənaətinə gəliblər.

Median.Az xəbər verir ki, həkim Ramin Nəriman mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib. Həkim bildirib ki, maska adi bir geyim vasitəsi kimidir:

"İllərdir insanların dərisinə paltar toxunur, sürtünür. Maska niyə problem yaratsın ki?. Mən özüm 20 ildir maskadan istifadə edirəm və onun xərçəng yaratmaq riski sıfıra bərabərdir. Digər bir tərəfdən də, sözügedən tədqiqatda göstərilir ki, pambıq və cərrahi maskalarda elə bir problem yoxdur. Təbabət də, cərrahi maskalardan istifadə edir. Bu, uzun müddətdir ki tibbdə istifadə edilir. Onun xərçəng yaratmaq riski olsa idi, bu günə qədər aşkarlayardılar. Başqa materiallardan istifadə olunması əlbəttə ki, problem yarada bilir”.

Həkim əlavə edib ki, hər bir tibbi materialın hazırlanmasına qoyulan tələblər mövcuddur:

"Cərrahi maskalar da, bu standartlar əsasında hazırlanır. Yəni onların keçiricilik qabiliyyəti, xeyir və zərəri hesablanır və sonra istehsala buraxılır. Ona görə də təbabətdə istifadə olunan cərrahi maskalardan hər hansı bir problem yaranacağını düşünmürəm. Məqalədə həmçinin göstərilir ki, maskalarda olan hissəciklər tənəffüs yollarına düşərək problemlər yaradır. Amma bunun əksini də fikirləşmək lazımdır. Yəni maskalar xeyli sayda toz hissəciklərinin tənəffüs yollarına düşməsinin qarşısını alır. İnsan ömür boyu nəfəs alıb-verir. Bu müddət ərzində də, tənəffüs yollarına müxtəlif maddələr düşür. Maskanı taxanda isə həmin toz hissəcikləri tutulduğundan, artıq tənəffüs yoluna düşə bilmir. Əgər maskadan qopan materiallar tənəffüs yollarına düşürsə, ondan dəfələrlə artıq hissəciklərin tənəffüs yoluna düşməsinin qarşısını maska alır. Buna görə də deyilənlərin ağılabatan olacağını düşünmürəm. Özüm uzun illərdir ki, maskadan istifadə edirəm. Bu günə qədər hər hansısa bir problemin yarandığını hiss etməmişəm”. (Konkret.az)скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            906 19.03.21 23:10