Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanunda dəyişiklik edib

17.03.2021 21:27 1 002
“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanunda dəyişiklik edib
“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qərar verilib.

Qərarda deyilir:

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 3, maddə 167; 2001, № 11, maddə 691; 2002, № 12, maddə 706; 2004, № 3, maddə 133; 2005, № 8, maddə 684; 2008, № 2, maddə 49, № 5, maddə 342; 2010, № 11, maddə 937; 2013, № 5, maddə 482; 2017, № 7, maddə 1261; 2018, № 6, maddə 1173; 2019, № 1, maddə 22) 27-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci hissənin üçüncü abzası aşağıdakı redaksiyada verilsin:

“Azərbaycan folkloru nümunələri (ənənəvi mədəni nümunələr) və Azərbaycanın ənənəvi bilikləri ictimai varidata daxildir və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada dövlət qeydiyyatına alınır və şəhadətnaməsi tərtib edilir. Şəhadətnamənin nümunəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Şəhadətnamənin depozitarisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandır (qurumdur).”.

2. 2-ci hissənin ikinci cümləsində “Azərbaycan Respublikasının dövlət büdcəsinə” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına” sözləri ilə əvəz edilsin və həmin cümləyə “köçürülür” sözündən sonra “və müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində dövlət siyasətinin həyata keçirilməsi məqsədilə istifadə olunur” sözləri əlavə edilsin.скачать dle 11.3
Mojo.az Banner