Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Yol polisindən sürücü və piyadalara XƏBƏRDARLIQ

11.03.2021 14:17 1 152
Yol polisindən sürücü və piyadalara XƏBƏRDARLIQ
Dövlət Yol Polisi sürücülərə qarşıdakı günlərdə hava şəraitinin kəskin dəyişmə ehtimalını nəzərə alaraq, şəxsi nəqliyyat vasitələrindən az istifadə etmələrini tövsiyə edir.

Bu barədə Oxu.Az-a açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

O bildirib ki, gözlənilən hava şəraiti ilə əlaqədar olaraq sürücülər yollarda yüksək sürətdən və sərt manevrlərdən çəkinməli, nəqliyyat vasitələrinin ümumi vəziyyətini, xüsusilə əyləc sistemlərini ciddi yoxlamalıdırlar:

“Kəskin hava şəraiti zamanı avtomobil yollarında yol nəqliyyat hadisələrinin baş verməməsi üçün bütün hərəkət iştirakçılarına müraciət edirik. Sürücülər hava şəraitinin dəyişdiyi zaman avtomobil yollarında sürət həddini aşmasınlar. Yola çıxmazdan əvvəl nəqliyyat vasitəsinin şüşə silgəclərinin və şüşəyuyanların, xarici işıq cihazlarının, əyləc sisteminin işlək vəziyyətdə olmasına nəzarət etsinlər.

Sürücülər şaxtalı hava şəraiti zamanı yollarda nəqliyyat vasitəsinin hərəkəti zaman ani olaraq əyləc sistemlərindən istifadə etməsinlər. Yağışlı hava şəraitində bu kimi hallar nəqliyyat vasitəsinin sürüşməsinə və qəza şəraitinin yaranmasına gətirib çıxara bilir. Yaxşı olar ki, nəqliyyat vasitəsinin təkərlərinin təzyiqi nisbətən azaldılsın, avtomobil hərəkətdə olan zaman digər nəqliyyat vasitələri ilə ara məsafəsi normadan artıq saxlanılsın. Peşəkarlığı az olan sürücülərin bu havalarda sükan arxasına keçməmələri tövsiyə olunur”.

V.Əsədov piyadaların da öz təhlükəsizliklərini təmin etmələri üçün yolun hərəkət istiqamətindən kənar olmalarını tövsiyə edib:

“Piyadalar yolların hərəkət istiqamətinə çıxmasınlar. Yolu qarşıdan-qarşıya keçən zaman təhlükəsizlik məqsədilə yerüstü və yeraltı piyada keçidlərindən istifadə etsinlər. Azyaşlı uşaqların nəzarətsiz qoymaq olmaz. Bu açıq-aşkar təhlükədir və yolverilməzdir. Dövlət Yol Polisi İdarəsinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışaraq yollarda yol nəqliyyat hadisələrinin baş verməsinin qarşısını almaq məqsədilə zəruri olan bütün tədbirləri görəcək”.скачать dle 11.3
Mojo.az Banner