Mojo.az Banner
SON DƏQİQƏ
13:42 Deputat tələbə təqaüdləri ilə bağlı MÜJDƏNİ verdi - Gələn il...  |     13:19 Kənddə 25, bazarda 50 qəpiyə: Yumurta niyə bahalaşır?  |     13:03 Azərbaycanda daha bir zəlzələ oldu - Foto  |     12:51 Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye  |     12:42 Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi  |     12:33 Piyada səkilərini zəbt edənləri bu qədər cərimə gözləyir – Açıqlama  |     12:27 Anar Bayramov nazir təyin olundu - Sərəncam  |     12:21 Prezident Teymur Musayevi nazir vəzifəsindən azad etdi - Yeni təyinat  |     12:15 TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - Prezidentdən fərman  |     12:10 Alyona Əliyeva Luka Minnellinin Bakı konsertindən paylaşım etdi - Foto  |     12:09 Oğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə  |     12:08 Şamaxıda 7 yaşlı uşaq faciəli şəkildə öldü  |     12:06 Pensiyalar yeni qayda ilə hesablanacaq: Aylıq əlavələr kimlərə veriləcək?  |     12:05 Azərbaycandan Ermənistana ixrac olunan məhsulların dəyəri açıqlanıb  |     11:59 Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - Video  |     11:53 Bakıda iki avtomobil toqquşdu: Piyada öldü  |     11:37 Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi  |     11:30 Toy və banket zamanı gözlənilməz xərcdən necə yayınaq? - Video  |     11:29 "Flydubai"nin kapitanı əlində balta olan ikinci pilotdan necə müdafiə olunduğunu danışıb  |     11:23 Azərbaycanda çıxarışsız evlərin aqibəti necə olacaq? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Yol polisindən sürücülərə - XƏBƏRDARLIQ

22.11.2018 13:32 3 932
Yol polisindən sürücülərə - XƏBƏRDARLIQ
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi yağışlı hava şəraiti ilə əlaqədar avtomobil yollarında təhükəsizliyin təmin edilməsi məqsədilə sürücüləri sürət həddini aşmamağa çağırıb.

İdarənin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov oxu.az-a verdiyi açıqlamasında bildirib ki, hava şəraiti ilə əlaqədar sürücülərin daha çox ictimai nəqliyyat vasitələrindən istifadə etməsi tövsiyə edilir:

“Yağmurlu hava şəraitində avtomobillərin sürüşmə ehtimalı daha çoxdur, bu da yol-nəqliyyat hadisəsi ilə nəticələnə bilər. Ümumiyyətlə, sürücülər bu cür hava şəraitində sürət həddini minimuma endirməli, avtomobillər arasında ara məsafəsini normadan artıq saxlamalıdır. Yağmurlu hava şəraitində sürüşkən yollarda avtomobilin hərəkətə gətirilməsi və ya dayandırılması zamanı sürücülər sürət qutusundan düzgün istifadə etməlidirlər”.

O əlavə edib ki, sürücülər avtomobil yollarında yağış sularının əmələ gətirdiyi gölməçələrdən keçərkən ətrafda hərəkət edən piyadaları da nəzər almalıdırlar:

“Yağış sularının toplandığı gölməçələrdən keçərkən ətrafdakı piyadaların üst-başını çirkləndirmək inzibati xəta yaradır və həmin sürücülər cəzalanacaq. Buna maksimum dərəcədə diqqət edilməsi tövsiyə olunur. Bundan başqa, hava şəraitində nəqliyyat vasitələrinin dövlət nömrə nişanları çirklənməsi səbəbindən də bir sıra problemlər yarana bilir. Sürücülərdən xahiş edirik ki, hava şəraitindən asılı olmayaraq, nəqliyyat vasitəsinin dövlət nömrə nişanlarının görünməsinə diqqət etsinlər. Əks təqdirdə, belə sürücülər inzibati məsuliyyətə cəlb ediləcək.

“Yol hərəkəti haqında” qanunun 50-ci maddəsində deyilir ki, yol və meteoroloji şərait nəzərə alınmaqla, sürücü nəqliyyat vasitəsini elə idarə etməlidir ki, hərəkət istiqamətində hər hansı təhlükə yaranarsa, həmin təhlükədən yayına bilsin. Bəzən sürücülər bu qanunun tələbinə əməl etmədən avtomobili idarə edərkən baş verən hadisənin məsuliyyətindən hava şəraitinin pis olması bəhanəsi ilə yayınmağa çalışırlar”.скачать dle 11.3

Son xəbərlər