Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Yol polisi hava şəraiti ilə əlaqədar olaraq sürücülərə müraciət etdi

09.12.2019 14:36 2 393
Yol polisi hava şəraiti ilə əlaqədar olaraq sürücülərə müraciət etdi
Hava şəraiti ilə əlaqədar sürücülər sürət həddini aşmamalı, ara məsafəni normadan artıq gözləməli və avtomobil yollarında təhlükəsizliyin təmin edilməsinə ciddi yanaşmalıdır.

Bu barədə Oxu.Az-a Bakı Şəhər Baş Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

O bildirib ki, hər bir hərəkət iştirakçısı təhlükəsizliyin təmin edilməsində üzərinə düşən vəzifəni yerinə yetirməlidir:

“Tövsiyə edilir ki, şəxsi avtomobillərdən deyil, ictimai nəqliyyat vasitələrindən istifadə edilsin. Nazirliyin qeyd etdiyi kimi, gözlənilən kəskin hava şəraitində sürücülər yollarda daha ehtiyatlı olmalıdırlar.

Peşəkar və ya qeyri-peşəkar sürücülərdən yağışlı, küləkli havalarda paytaxtın enişli-yoxuşlu yollarında sürət həddini azaltması məsləhət görülür. Günün pik saatlarında havaların yağışlı və çiskinli olması, axşam saatlarında havanın tez qaralması nəqliyyat vasitələrinin hərəkətinə maneə yarada bilər. Bütün bunları nəzərə alaraq, sürücüləri maksimum dərəcədə yol hərəkəti qaydalarına əməl etməyə və yollarda məsuliyyətli olmağa çağırırıq.

Belə hava şəraitində qəzalardan yayınmaq üçün maksimum diqqətli olmalı, avtomobillərin dövlət qeydiyyat nömrələrinin aydın seçilməsini təmin etməlidirlər. Bundan başqa, hava şəraiti ilə əlaqədar parkinq məsələsində də diqqətli olmaq lazımdır.

Gözlənilməz hadisələrdən yayınmaq və avtomobilə dəyə biləcək maddi ziyanın qarşısını almaq məqsədilə ağacların altında avtomobil saxlamaq tövsiyə edilmir. Məsələ ilə bağlı ölkədə fəaliyyət göstərən bütün qurumlar üzərinə düşən tədbirləri görürlər. Vətəndaşlardan da, diqqətli olmaları və yol hərəkəti qaydalarına maksimum dərəcədə əməl etmələri xahiş edilir”.скачать dle 11.3

Son xəbərlər