Mojo.az Banner
13:21 Bakıda səkkizinci mərtəbədən yıxılan üç yaşlı körpə SAĞ QALDI  |     13:16 Sahibkar arvadını öldürən şəxs qərardan narazıdır  |     13:11 "Nərimanov" metrosunun ətrafı tam dəyişdirilir - FOTO  |     13:09 Fransaya casusluqda təqsirləndirilən Martin Ryanın apellyasiya prosesinin vaxtı müəyyənləşib  |     13:08 Ermənistanda siyasi qüvvələrin parlamentdəki yerləri: Paşinyanın partiyasına neçə mandat lazımdır?  |     12:42 Ombudsman uşaqların rəqəmsal mühitdə təhlükəsizliyi ilə bağlı problemləri açıqladı  |     12:36 Saxta sağlamlıq arayışı verən "General Hospital" cəzalandırıld  |     12:22 Azərbaycanda 50 min manatadək yeni cərimələr müəyyənləşir  |     12:08 Bakıda üç yaşlı körpə 8-ci mərtəbədən yıxıldı  |     12:08 Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, üç gün davam edəcək...  |     12:06 “5 gündür qızım Zeynəbdən və uşaqlarından xəbərim yoxdur” - Video  |     12:05 Ceyhun Bayramov Türkiyəyə getdi  |     12:00 Paşinyan: Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh müqaviləsini imzalamaq niyyətindədir  |     11:56 I və IV qruplar üzrə qəbul imtahanlarının CAVABLARI AÇIQLANDI  |     11:50 Ermənistanda elektron səsvermənin də nəticələri açıqlandı  |     11:47 Bakıda DƏHŞƏTLİ OLAY: Mənzildən ata və məktəbli oğlunun meyitləri tapıldı (Yenilənib)  |     23:01 Qohumlar arasında ev münaqişəsi böyüyərək qalmaqala çevrildi - Video  |     22:55 Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 360-dan çox saxlanılan var  |     22:48 Sabah meteohəssas insanları narahat edən hava gözlənilir  |     22:41 “ChatGPT”-nin danışıq tərzi dəyişir: Yeniliklər açıqlandı  |    
Left Banner
Right Banner

“AG Bank”dan pul mənimsəməkdə ittiham olunan vəzifəli şəxs hakim qarşısına çıxarılır

04.03.2021 13:28 1 101
“AG Bank”dan pul mənimsəməkdə ittiham olunan vəzifəli şəxs hakim qarşısına çıxarılır
“AG Bank” ASC-nin külli miqdarda vəsaitini mənimsəməkdə ittiham edilən şəxslərinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən cinayət işi hakim Azər Paşayevin icraatındadır.

Cinayət işi üzrə təqsirləndirilən Həmidov Namiq Ramiz oğlu Azərbaycan Respublikasının Baş Prokurorluğunun Ukrayna Respublikasının Baş Prokurorluğuna etdiyi sorğusunun təmin edilməsi ilə əlaqədar Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin vasitəçiliyi və Penitensiar Xidmətinin xüsusi karvanın müşayiəti ilə ölkəmizə ekstradisiya edilib.

O, Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.

İttihama əsasən, N.Həmidov 2012-2016-cı illər ərzində vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib “AG Bank” ASC-nin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla əməlləri ağır nəticələrə səbəb olmasına, tamah niyyəti ilə informasiya resurslarına bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətməsinə, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş külli miqdarda özgə əmlakını mənimsəmə yolu ilə talamasına əsaslı şübhələr müəyyən edilib.

Onunla birlikdə Ruslan Quliyev və Pərviz Fərzəliyevə də Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) ittiham verilib.

İş üzrə zərərçəkmiş qismində Əmanətlərin Sığortalanması Fondu tanınıb.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli qərarları ilə “AG Bank” ASC-yə müvəqqəti inzibatçılar təyin olunub və ləğvetmə mərhələsindədir.скачать dle 11.3
Mojo.az Banner