23:05 Noyabr bu BÜRCLƏR üçün çətin keçəcək  |     22:46 Bakıda ev YANDI  |     22:39 Daha bir icra hakimiyyətində əməliyyat - Müavin həbs edildi  |     22:33 Sumqayıtda avtomobil işıq dirəyinə çırpılaraq aşıb  |     22:25 "ChatGPT"yə iki mövzuda məsləhət vermək qadağan edilib  |     22:19 Moskva vilayətindən minlərlə miqrant deportasiya ediləcək  |     22:12 Bu məktəbdə dərslər dəhlizdə keçirilir - Video  |     21:53 Daha bir cüdoçumuz Avropa çempionu oldu  |     21:51 Qrenlandiya balinaları 200 il yaşaya bilir: Onlar bunu necə bacarır?  |     21:37 Prokurorluq Qaradağ RİH-ə girdi, müavin həbs edildi  |     21:27 Kirayə bazarında yeni dövr: Nələr dəyişəcək, kim nəzarət edəcək?  |     21:21 Ticarət mərkəzinin qarşısında təbii ehtiyacını ödəyən gənc cərimələndi: "Böyrəklərimdə problem var"  |     21:10 Smartfonun enerjisi çox tez tükənir? - Bu 2 saniyəlik fənd vəziyyəti dəyişə bilər  |     20:54 İranın F-35-ləri vurması yalan imiş - Deputat açıqladı  |     20:23 Bakıda küçə itinə yemək verən qadın DÖYÜLDÜ  |     20:00 "Bu problem MDB ölkələri üçün aktualdır" - Putin  |     19:53 Ağdaş sakini yaşadığı evdə ölü tapıldı  |     19:44 Ermənistanın üç dövlət məktəbində Azərbaycan dili tədris olunacaq  |     19:17 "Neftçi" "Kəpəz"ə qalib gəldi  |     19:09 Mbappe penaltini vura bilmədi, azarkeşin ürəyi dayandı  |    

Baş Prokurorluq onları beynəlxalq axtarışa verdi

Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən milli qanunvericiliyin və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrin, o cümlədən "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Minsk Konvensiyasının tələblərinə əsasən Gürcüstan Respublikasının Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində Azərbaycan Respublikasının ərazisində cinayət törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü ekstradisiya edilmələri barədə sorğular edilmişdir.

Baş Prokurorluqdan Qaynarinfo-ya bildirilib ki, Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinin icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Türkiyə Respublikasının vətəndaşı Avcı Əmrahın – 31.12.2019-cu il tarixdə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Abşeron rayonu Digah qəsəbəsində yerləşən Aytən Hüseynovaya məxsus fərdi yaşayış evindən ümumilikdə 547 min manat dəyərində xüsusi ilə külli miqdarda qızıl-zinət əşyalarını oğurlamasına; Daşkəsən rayon Polis Şöbəsinin İstintaq bölməsində istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Hüseynli Elxan Saleh oğlunun– 03.08.2016-cı il tarixdə Daşkəsən rayonunun Xoşbulaq kəndində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq etməklə Səbuhi Hətəmova qarşı quldurluq etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Qeyd edilən şəxslər barəsində beynəlxalq axtarış elan edilmişdir.

Axtarışda olan şəxslərin yerlərinin müəyyən edilməsi əsası ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Gürcüstan Respublikasının Baş Prokurorluğuna etdiyi sorğular təmin edilməklə Elxan Hüseynli və Avcı Əmrah Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə ekstradisiya edilmişlər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            801 02.04.21 16:54