Mojo.az Banner
22:59 Təmirə bağlanan yola daxil olan sürücü qəza törətdi - VİDEO  |     22:54 Bakıda 2 park birləşdirilir - VİDEO  |     22:53 Zaur Kamal yenidən efirə qayıdır - Özü paylaşım etdi  |     22:51 Azərbaycanın sərbəst güləşçisi Avropa çempionatında bürünc medal qazandı  |     22:46 Xaricdə törədilən cinayətlərlə bağlı məhkəmə qaydası dəyişə bilər  |     22:38 Bu şirkətin Azərbaycandakı filialı ləğv olunur  |     22:31 Astrologiyaya görə ən qıcıq insanların doğulduğu aylar  |     22:27 Ağcabədidə sakinlərin torpağı qeydiyyata alınmır - Aidiyyəti qurumdan açıqlama - VİDEO  |     22:15 Bakıda avtobus piyadanı vuraraq öldürdü - TƏFƏRRÜAT - VİDEO  |     22:06 10 min sakinin istifadə etdiyi yol çökür: Problem kritik həddə çatır - VİDEO  |     22:00 "Şəkili Pərviz" həbs olundu  |     21:56 Güclü külək toy çadırını uçurtdu -VİDEO  |     21:46 Səyahət sevənlər üçün ən populyar ölkələr açıqlanıb  |     21:39 Pişiklər insanların kədərini necə hiss edə bilirlər?  |     21:26 Satışlar ikiqat artdı: Çin avtomobilləri Avropada rekordlar qırır  |     21:21 Ailə qurarkən narkotik testinin verilməsi: Xilasedici təşəbbüs, yoxsa...  |     21:16 Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video  |     21:09 İslam Bazarqanov Albaniyada Avropa çempionu oldu  |     21:00 Polisdən əməliyyat: Axtarışda olan 153 nəfər saxlanılıb  |     20:47 Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA  |    
Left Banner
Right Banner

Beynəlxalq axtarışa verilmiş daha bir şəxs Azərbaycana ekstradisiya edildi

19.10.2023 14:06 639
Beynəlxalq axtarışa verilmiş daha bir şəxs Azərbaycana ekstradisiya edildi
Baş prokurorluğun vəsatəti əsasında Ukrayna Baş Prokurorunun Ofisi tərəfindən “Ekstradisiya haqqında” 13.12.1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşı Fuad Kərimovun ekstradisiyası haqqında qərar qəbul olunub.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, Azərbaycanın Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində istintaq edilən cinayət işi üzrə Fuad Kərimovun xüsusilə külli miqdarda ziyan vurmaqla törədilən mənimsəmə və vəzifə saxtakarlığı cinayətlərini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə beynəlxalq axtarışa verilib.

Fuad Kərimov Ukraynanın ərazisində saxlanılaraq oktyabrın 19-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə gətirilib.

Qeyd edək ki, iki gün əvvəl Azərbaycan Respublikasının vətəndaşları Elturan Emil oğlu Daşdəmirov, Sərxan Oqtay oğlu Məmmədov, Pərviz Qəzənfər oğlu Abbasov və Aydın Ayaz oğlu Dadaşzadə Rusiyadan ölkəmizə ekstradisiya edilib.скачать dle 11.3
Mojo.az Banner