Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Cəlilabad bələdiyyəsinin sədri məsuliyyətə cəlb edilib.

01.03.2021 14:34 1 176
Cəlilabad bələdiyyəsinin sədri məsuliyyətə cəlb edilib.
Cəlilabad bələdiyyəsinin sədri məsuliyyətə cəlb edilib.

Bu barədə Sfera.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, prokurorluğun fəaliyyət sferaları ilə bağlı vətəndaşları narahat edən məsələlər, habelə ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən ətraf mühitin mühafizəsi qaydalarının pozulması hallarına qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilir.

Həyata keçirilən bu tədbirlərin davamı kimi, kütləvi informasiya vasitələrində yayılmış Cəlilabad rayonu ərazisində yerləşən qəbiristanlıqda yerli sakinlərin narazılığına səbəb olan sanitariya-gigiyena normalarının ciddi şəkildə pozulmasını əks etdirən videogürüntülərlə bağlı Baş Prokurorluğun Cinayət Təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Aparılan araşdırma zamanı torpaq sahəsinin mülkiyyətində olduğu Cəlilabad bələdiyyəsinin sədri Babayev İlham Balo oğlunun həmin sahəyə yaxınlıqdakı ərazidə sakinlər tərəfindən məişət tullantılarının atılmasının qarşısının alınması məqsədilə hər hansı bir tədbir görməyərək torpaq sahəsindən təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə etməsinə, bununla yanaşı qəbiristanlıqların idarə olunması qaydaları haqqında qanunvericiliyi pozmasına əsaslı şübhələr müəyyən edilib.

Araşdırmalar nəticəsində İnzibati Xətalar Məcəlləsinin 247.1 (torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsi) və 516-1.2-ci (qəbiristanlıqların idarə olunması qaydaları haqqında qanunvericiliyin pozulması) maddələri ilə İlham Babayevin barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilib.скачать dle 11.3
Mojo.az Banner