Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Bir sıra şəhər və rayonlarda qanunsuz ağackəsmə faktları ilə bağlı cinayət işi açılıb

21.04.2025 15:20 1 230
Bir sıra şəhər və rayonlarda qanunsuz ağackəsmə faktları ilə bağlı cinayət işi açılıb
Baş Prokurorluqda ekoloji hüquqpozma faktları üzrə cinayət işləri başlanıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Lerik, Cəlilabad, Xızı rayonunda, həmçinin Bakı şəhərinin Binəqədi və Yasamal rayonları ərazisində qanunsuz ağackəsmə faktı ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş məlumatlar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti 191, Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsi 241, Xızı şəhəri H.Əliyev prospekti 194 ünvanında, Lerik şəhəri Honiyon adlanan ərazidə, Cəlilabad rayonu ərazisində köhnə Ələt-Astara magistral yolunun 143-144-cü kilometrliyində meşə fonduna daxil olmayan 413 ədəd ağac və kolun qanunsuz kəsilməsi nəticəsində təbiətə 207 min manatdan çox ziyan vurulması müəyyən edilib.

Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1 və 259.2.4-cü (ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli və külli miqdarda ziyan vurduqda) maddələri ilə cinayət işləri başlanaraq ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər və prokurorluq orqanlarına göndərilib.скачать dle 11.3

Son xəbərlər