Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Rusiyalı politoloq: “Ermənistanın indiki və keçmiş rəhbərləri terror törətdiklərini dərk etmirlər”

17.02.2021 20:23 960
Rusiyalı politoloq: “Ermənistanın indiki və keçmiş rəhbərləri terror törətdiklərini dərk etmirlər”
“Azərbaycanın dinc əhalisinə qəsdən zərbə endirdiklərinə dair Serj Sarqsyanın bəyanatını bir növ hökm verilməsi kimi dəyərləndirirəm. Dinc əhaliyə qarşı müharibə aparmaq cinayətdir, odur ki, dünya birliyi buna biganə qalmamalıdır. Ən dəhşətlisi odur ki, Ermənistanın indiki və keçmiş rəhbərləri terror törətdiklərini dərk etmirlər”.

Bu fikirləri “Report”a Yevgeniy Mixaylov deyib.

Onun qənaətincə, Ermənistan dinc şəhərlərə hücumlara görə məsuliyyət daşımalıdır: “Ermənistan ordusu düzgün vuruşmağı, hərbi cəhətdən düzgün qərarlar verməyi bacarmır. Onların səriştəli mütəxəssisləri olmayıb. Yüksək hazırlıq səviyyəsinə malik Azərbaycan Ordusu isə bütün hücumları dəf etmək iqtidarına olub ki, qarşı tərəf bundan çox qorxurdu”.

Rusiyalı politoloq İkinci Qarabağ müharibəsinin yalnız Prezident İlham Əliyevin və Prezident Vladimir Putinin xoş məramı sayəsində dayandırıldığını vurğulayıb.

Xatırladaq ki, Ermənistanın saiq prezidenti Serj Sarqsyan bu günlərdə “Armnews”ə müsahibəsində Gəncənin dinc əhalisinə hücum etdiklərini təsdiqləyərək müharibənin son mərhələsində Şuşa istiqamətində “İsgəndər” raketi tətbiq etdiklərinə dair mötəbər məlumatlara malik olduğunu bildirmişdi.
скачать dle 11.3
Mojo.az Banner