Mojo.az Banner
16:30 Braziliya ətinə qadağa: Azərbaycan hansı qərarı verəcək? - VİDEO  |     16:28 Ermənistanda seçicilərə rüşvət verən 20-dən çox şəxs saxlanıldı  |     15:28 Joze Mourinyonun "Real Madrid"ə qayıdışı təxirə salındı - SƏBƏB  |     15:00 Elza Seyidcahan oxucularını təhqir etdi  |     14:56 "Green card" qaydalarında dəyişiklik edildi  |     14:55 Uqandada Ebola virusuna yoluxanların sayı beşə çatdı  |     14:28 Sudan qanunsuz istifadəyə görə hansı hallarda cinayət işi açılır? - Sədr müavini AÇIQLADI  |     14:20 Sədr müavini Bakıdakı subasmaların səbəbini AÇIQLADI  |     14:12 Narkotik şübhəsi ilə saxlanılmışdı, konsertdə saçı yandı  |     14:05 Masazırda AĞIR QƏZA: tam əzilmiş maşından sağ çıxarıldı - VİDEO  |     13:57 Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU  |     13:50 Çində mədəndə güclü PARTLAYIŞ: 90 nəfər öldü - YENİLƏNİB  |     13:36 Bakıda 64 yaşayış yerində kanalizasiya qurulacaq, içməli suyun həcmi artırılacaq - ADSEA sədrinin müavini  |     13:30 Əksər rayonlara güclü yağış yağıb  |     13:22 Uşaqlar niyə tərəvəz yemək istəmir? - Həkimlərin İZAHI  |     13:16 Harri Kasparov beynəlxalq axtarışa verildi  |     13:09 Naxçıvanda "Hyundai" aşdı, 6 nəfər yaralandı  |     23:01 Wi-Fi problemi yaşayanlar üçün: evdə interneti gücləndirməyin yolları  |     22:56 Moskva İrəvanı hədələdi  |     22:49 Hikmət Hacıyev WUF13-ün yekunu ilə bağlı paylaşım edib  |    
Left Banner
Right Banner

İlham Əliyev: “Xocalı soyqırımı Ermənistan faşizminin təzahürü idi”

26.02.2021 12:55 3 312
İlham Əliyev: “Xocalı soyqırımı Ermənistan faşizminin təzahürü idi”
“Bu gün Xocalı soyqırımının 29-cu ildönümüdür. Xocalı soyqırımı Ermənistan tərəfindən Azərbaycan əhalisinə qarşı törədilmiş soyqırımıdır, cinayətdir”.

Bunu mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Onun sözlərinə görə, Xocalı soyqırımı nəticəsində 613 mülki şəxs xüsusi qəddarlıqla qətlə yetirilib:

“Onlardan 106-sı qadın, 63-ü uşaq idi. Bu soyqırımını törədənlər hərbi cinayətkarlardır. Onların bir çoxu İkinci Qarabağ müharibəsində Azərbaycan ordusu tərəfindən məhv edilib. Xocalı soyqırımı Ermənistan faşizminin təzahürü idi. Ermənistan faşizmi o vaxt baş qaldırdı. 1992-ci ildən son hadisələrə qədər erməni faşizmi Azərbaycan xalqına böyük zərbə vurub. Hərbi təxribatlar, terror aktları, dinc əhaliyə qarşı qəddarlıq, şəhərlərin, kəndlərin atəşə tutulması, eyni zamanda İkinci Qarabağ müharibəsi dövründə ballistik raketlərlə şəhərlərin bombalanması erməni faşizminin təzahürüdür”.

İ.Əliyev qeyd edib ki, Xocalı soyqırımı dünya ictimaiyyəti tərəfindən tanınır:

“Ondan çox ölkə bu hadisəni soyqırımı kimi təsdiq edib. Bu proses davam edir. Bu gün dünyada Xocalı soyqırımı haqqında dolğun məlumat var”.скачать dle 11.3
Mojo.az Banner