Azərbaycan xalqına ağı itki: Onu da itirdik - FOTO
Bu barədə Oxu24.com-a ATU-dan məlumat verilib.
Qeyd edək ki, Şərif İslam oğlu Mahalov 1939-cu ildə anadan olub. 1964-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib.
1972-ci ildə namizədlik, 1987-ci ildə 2-ci Moskva Dövlət Tibb İnstitutunda “Sinir və sinir-əzələ sistemlərinin irsi xəstəliklərinin fenotipik polimorfizmi və epidemiologiyası” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
Ş.Mahalov 250-dən çox elmi metodik işin, 2 monoqrafiyanın müəllifidir. 2000-ci ildə “Əməkdar həkim”, 2009-cu ildə “Əməkdar Elm Xadimi” adlarına layiq görülüb.
Allah rəhmət eləsin!