Mojo.az Banner
18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |     18:14 Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı  |     18:11 Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var - Foto  |     16:14 Pensiya kapitallarında dəyişikliklə bağlı - Rəsmi açıqlama  |     16:00 Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib  |     15:59 Ermənistanda hərbçi güllələnərək öldürülüb  |     15:53 Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəldi  |     15:50 Bu ərazidə yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO  |     14:25 Masazırda 4 maşın yandı  |     14:13 Bəzi rayonlara qar yağıb - FAKTİKİ HAVA  |     14:12 Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqləndi  |     14:11 Azərbaycan nefti ucuzlaşdı  |     14:09 Bakıda it sahibi tərəfindən döyüldü - Video  |     14:01 Ov mövsümü başladı  |     13:51 Naxçıvanda məşhur kafedə dava: Barmen pivə bakalını müştərinin başına çırpdı  |     13:48 Elektromobillər su maneələrini niyə ənənəvi avtomobillərdən daha yaxşı keçir? - Ekspert rəyi  |     13:47 İstanbulda 150 milyon lirəlik mərc şəbəkəsi ifşa olundu  |     13:43 Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib  |    
Mojo.az Avto
Mojo.az Avto

“Azərişıq”dan əlavə ödəniş ilə bağlı AÇIQLAMA

12.02.2021 16:27 3 417
“Azərişıq”dan əlavə ödəniş ilə bağlı AÇIQLAMA
“Azərişıq” ASC ödəmə terminalı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Qurumdan verilən məlumata görə, istifadə edilən elektrik enerjisinin dəyəri Tarif (qiymət şurasının) Şurasının müəyyən etdiyi qiymətlərlə tənzimlənir ki, təqdim olunan bildiriş və hesab fakturalarda bu, açıq-aydın göstərilməkdədir:

“Təəssüf ki, bəzi media orqanları ödəmə terminalının nümayəndəsinin sözlərini “Azərişıq” ASC adından təqdim etməklə abonentlər arasında çaşqınlıq yaradıb.

“Azərişıq” ASC tərəfindən istehlakçılara təqdim edilmiş bildiriş və hesab fakturadakı məbləğlərdən əlavə hər hansı vəsait tələb olunmur.
İstehlakçılar tərəfindən nəğd ödəmələrə görə aparılan əməliyyatların xərci isə “Azərişıq” ASC tərəfindən ödənilir. Yəni abonentlərdən ödəmə terminalı ümumiyyətlə hər hansı bir əlavə xidmət haqqı ala bilməz”.

“Bir daha bildiririk ki, qeyri-əhali (kommersiya müəssisələri və s.) istehlakçıları tərəfindən ödəmə terminallarına nəğd ödəniş zamanı xidmət haqqı tətbiq olunmasının “Azərişıq” ASC ilə heç bir əlaqəsi yoxdur. Əksər qeyri-əhali (kommersiya müəssisələri və s.) istehlakçıları tərəfindən istifadə etdikləri enerji haqlarına görə ödənişləri banklar vasitəsiylə köçürmə yolu ilə aparılır, nəğd ödənişlər zamanı isə ödəniş operatorları üzrə seçimi abonent özü müəyyən edir”, - deyə məlumatda qeyd edilib.скачать dle 11.3
Mojo.az Banner