Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Astarada yol qəzası baş verib, xəsarət alan var

10.02.2021 13:42 1 437
Astarada yol qəzası baş verib, xəsarət alan var
Astara rayonunda xəsarətlə nəticələnən yol - nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

İki avtomobilin toqquşması zamanı 1972-ci il təvəllüdlü Zülfüqarov Əmrah Vəli oğlu xəsarət alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Müayinə zamanı ona açıq kəllə-beyin travması və bədənin müştərək travması diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər