Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

İstifadədə olan qaz sayğacları hansı xüsusiyyətlərinə görə fərqlənir? - VİDEO

09.02.2021 22:23 2 061
İstifadədə olan qaz sayğacları hansı xüsusiyyətlərinə görə fərqlənir? - VİDEO
“Öncədən ödəniş tipli sayğacın (smart-kart tipli sayğac) və mexaniki-elektron sayğacın qazın ölçülməsi prinsipi və metodunda heç bir fərq yoxdur, ölçmə prosesi eynidir”.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov bildirib.

“Hər birinin daxili mexaniki hissəsinin quruluşu da eynidir. Bu sayğacların əsas fərqi ödəniş və istifadə prinsipindədir. Belə ki, abonent öncədən ödəniş tipli sayğaclarda dövri olaraq istehlak edəcəyi qazın dəyərini əvvəlcədən karta yükləyir və bəlli həcmdə qaz həcmini öncədən alır, sonra isə alınan həcmdə qazı istifadə edir.

Mexaniki-elektron sayğacda isə əksinə, abonent təbii qazdan öncədən istifadə edir və istifadə etdiyi qazın dəyərini sonradan ödəyir. Öncədən ödəniş tipli sayğacda ödəniş edilməsi karta məbləği yükləməklə terminallar vasitəsi ilə mümkün olur, mexaniki-elektron sayğacda isə ödəniş 30 gün müddətində terminallar, bank və internet resursları, bank kartı, mobil tədbiqlər vasitəsi ilə həyata keçirilir. Öncədən ödəniş tipli sayğacda vəsait bitdikdə qaz təchizatı sayğacın daxilindəki klapan vasitəsi ilə günün hər hansı bir vaxtında avtomatik rejimdə dayandırılır, adi mexaniki-elektron sayğacda isə qaz təchizatı dayandırılmır. Mexaniki-elektron sayğacın üzərinə kompakt ötürücü qurğu (sensor) quraşdırıldıqda isə abonent tərəfindən 30 gün müddətində qazın dəyəri ödənilməzsə, qaz təchizatı həmin qurğu vasitəsi ilə dayandırıla bilir.

Öncədən ödəniş tipli sayğacla müqayisədə mexaniki-elektron sayğac vasitəsi ilə hansısa bir zaman kəsiyində istifadə edilmiş qazın həcmini abonent asan müəyyən edə bilir. Ümumiyyətlə, qeyd olunmalıdır ki, Avropanın əksər ölkələrində öncədən ödəniş tipli sayğacdan istifadə çox azdır”, - C.Səfərov bildirib.//oxu.azскачать dle 11.3
Mojo.az Banner